MaraqlıSosial

“Azərbaycan Qadını – Cəmiyyətin Gücü və Qüruru”

Hələ “Kitabi-Dədə Qorqud” dastanından başlayaraq, Tomris, Sara Xatun, Möminə Xatun kimi tarixi şəxsiyyətlər Azərbaycan qadınının müdrikliyinin, cəsarətinin və liderlik keyfiyyətlərinin rəmzinə çevrilmişdir.

Şərqdə ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüququnun verilməsi məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş vermişdir. Bu mühüm addım qadınların ictimai-siyasi həyatda fəal iştirakının əsasını qoymuşdur. Sonrakı dövrlərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin əsası qoyulmuş, bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni meyarlarla zənginləşdirilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva öz çoxşaxəli fəaliyyəti ilə ölkəmizdə və beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəldir, humanitar və sosial layihələrlə qadınların ictimai fəallığının artmasına mühüm töhfə verir.

Bu gün Azərbaycan qadınları dövlət idarəçiliyində, iqtisadiyyatda, elm və təhsildə, səhiyyədə, mədəniyyətdə, eləcə də sənaye sektorunda böyük uğurlara imza atırlar. Ölkəmizin aparıcı enerji şirkəti olan SOCAR sistemində də qadın əməkdaşlar yüksək peşəkarlıq, məsuliyyət və sədaqətlə çalışaraq milli iqtisadiyyatın inkişafına mühüm töhfə verirlər.

SOCAR Neft Kəmərləri İdarəsi kollektivində çalışan xanımlar da öz bilik və bacarıqları, zəhmətkeşliyi və vətənpərvər mövqeləri ilə idarənin fəaliyyətində xüsusi yer tuturlar.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə SOCAR Neft Kəmərləri İdarəsi-nin bütün qadın əməkdaşlarını səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, işlərində yeni nailiyyətlər və daim yüksək əhval-ruhiyyə arzulayırıq.

Qoy Azərbaycan qadınının zərifliyi, gücü və müdrikliyi cəmiyyətimizin inkişafına bundan sonra da işıq tutsun!

Ləman Qasımova,
Neft Kəmərləri idarəsi,YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button