Azərbaycan Prezidentinin ASB proseslərində tarixi qələbəsidir
Avropa qitəsində əməkdaşlığın yeni böyük formatı sürət götürməkdədir. Həm də coğrafi Asiyanın Azərbaycan kimi ölkəsini də öz içinə almaqla sürət götürür.100 il əvvəl Leninin hətta ayrıca əsər həsr etdiyi “Avropa Birləşmiş Ştatları” ( Amerika yox , Avropa) kimi fantastik şüar altında bütün Avropa dövlətlərini birləşdirmək mümkün olmasa da, bu məkanda ayrı-ayrı iqtisadi, siyasi,hüquqi və sair xarakterli birliklər zaman- zaman gerçəkləşə bildilər. Bəlkə də bir vaxtlar Avropa İqtisadi Birliyindən on illər sonra Avropa Siyasi Birliyinin də yaranacağı kimsənin ağlına gəlməzdi. Avropa Siyasi Birliyinin təşəkkül prosesinin fəal və detonasiyalı qüvvələrindən birinin məhz Azərbaycan olacağı isə heç ağıllara gəlməzdi… Ancaq inanılmazlar gerçək olurmuş… Avropa İB yarananda hələ müstəqil dövlət olmayan Azərbaycan indi Avropa Siyasi Birliyi proseslərinin onəmli iştirakçısına çevrilə bilib. “Heç bir inkişaf və təhkükəsizlik layihəsinin Azərbaycansız mümkün olmadığı” həqiqəti burada bir daha təsdiqlənir. Bakıda Enerji Həftəsində Prezident İlham Əliyevin bir fikrini maraqlı uyğunluğa görə yada salmaq istəyirəm: “Ukraynada müharibə başlayandan Avropa dövlətləri Azərbaycandan qaz təchizatını 40 faiz artırıblar.” Təqdirəlayiqdir ki, Azərbaycan kimsənin qırmızı xətlərinə toxunmadan, kimlərisə toqquşdurmadan, kimlərləsə toqquşmadan özünün geosiyasi önəminin yeni- yeni ifadə və təsdiq məkanları tapır və ya yaradır…Beləliklə, Azərbaycan və onun Prezidenti Avropanın siyasi Birlik priseslərində indiki yerini və rolunu təsadüfən əldə etməyib, bu mövqe Azərbaycana hədiyyə də edilməyib. Bütün bunlar Azərbaycanın malik olduğu müxtəlif saysız göstəriciləri ümumi geosiyasi üstünlüyə çevirmək səylərinin real nəticəsidir ki, bu siyasətin müəllifini xüsusi aksentlə Siyasi Birlik zirvəsinə dəvət edirlər… Avropanın çətiri altında baş verdi. İkincisi, Prezident İlham Əliyev bu prinsipin Ermənistan tərəfindən də qəbul edilməsinə nail oldu. Üçüncü, bu tanınmanın möhkəm hüququ əsası kimi 1991- ci il Alma-Ata sazişi təsdiqləndi .Artıq mötəbər dünya kürsülərində Ermənistanın Azərvaycanın ərazi bütövlüyünü keçmiş Dağlıq Qarabağla birlikdə tanımasının siyasi-diplomatik məkanı kimi ASB- nin Praqa sammiti deyilir. Bu, Azərbaycan Prezidentinin ASB proseslərində tarixi qələbəsidir.
Fərmin Quliyev,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi