GündəmSiyasət

Azərbaycan Prezidenti Yamaykanın Baş nazirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Yamaykanın Baş naziri Endryu Holnessə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə öz adından və Azərbaycan xalqı adından təbrik məktubu ünvanlayıb.

Aktualinfo.az AZƏRTAC-a istinadən  xəbər verir ki, dövlətimizin başçısı məktubunda bu il Azərbaycan ilə Yamayka arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd ediləcəyini bildirib.

“Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Oxşar Xəbərlər

Back to top button