Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi
Azərbaycan, rus və gürcü dillərində yayımlanan materiallarda Prezident İlham Əliyevin Azərbaycanın bu gün sürətlə inkişaf edərək dünyanın ən güclü dövlətləri sırasında olması fikri xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycan xalqının düzgün seçim etdiyi 2003-cü il ölkəmizin müstəqil tarixində ən həlledici məqam olub. Materiallarda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri barədə dövlətimizin başçısının fikirləri də oxucuların diqqətinə çatdırılıb. Qeyd edilib ki, seçkiləri şərtləndirən ilk növbədə, sentyabr hadisələrindən sonra Azərbaycanda yeni dövrün başlanmasıdır. Azərbaycan Prezidentinin müsahibəsində diqqət çəkən məqamlardan birinin də ölkəmizə qarşı ikili standartlardan çıxış edən müəyyən qüvvələrlə bağlı olduğu vurğulanıb. Bu barədə yazılarda Prezident İlham Əliyevə aşağıdakı fikirlərinə istinad olunub: “Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun ki, burada da Fransa yenə də ön plandadır. Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”. Prezident İlham Əliyevin “Ermənistanı silahlandıran, müharibəyə hazırlayan ölkə Fransadır” ifadəsindən ibarət sərlövhə ilə təqdim edib. Azərbaycan Prezidentinin Qarabağ məsələsində ədalətin Zəfər çalması barədə sözləri sitat gətirilib: “Ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik… Halbuki, əfsuslar olsun ki, beynəlxalq aləmin əsas oyunçuları bizim bu fikrimizə şərik olmadılar. Əksinə, bizi ittiham etməyə çalışdılar, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar… Yəni, biz bu ədaləti, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik. Ona görə bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir”. Prezident Əliyevin Xankəndi və işğaldan azad edilən digər bölgələrimizdə Azərbaycan Bayrağını ucaltması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, Fransanın bölgədə təxribatçı fəaliyyəti və Ermənistanın silahlandırılması, dövlətimizin başçısının Türkiyə Prezidenti ilə bağlı fikirlərinə də geniş yer verilib.
Rüstəmov Bəhruz,
YAP ın-fəalı