
Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüş olub. Azərbaycan Prezidentini və nümayəndə heyyətinin üzvlərini salamlayan Qurbanqulu Berdiməhəmmədov ölkəmizə səfərə gəlmək dəvətini qəbul etdiyiniz üçün Sizə minnətdaram. Bu ilin iyulunda Azərbaycana səfərim çərçivəsində mənə göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Mən Azərbaycanın gözəl, mənzərəli yerlərini ziyarət etdim. Səfər zamanı mühüm məsələlər müzakirə olundu.
Ölkəmiz arasında münasibətlər başlanğıcını tarixin dərinliklərindən götürür, ənənələrimiz oxşardır və bunlar bizi birləşdirən amillərdir. Siyasi, diplomatik, iqtisadi-ticarət, mədəni-humanitar münasibətlərimizi bu təməl üzərində inkişaf etdiririk. Biz bu məsələləri indiki görüş əsnasında da müzakirə edəcəyik. Bu görüş çərçivəsində əməkdaşlığın yüksək səviyyəsinə çatır, onların inkişafına böyük stimul verilir. Əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etmək istəyirəm. Bu konstekdə Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafı məqsədilə yeni təşəbbüslər irəli sürəcəyik.
İqtisadi-ticari əməkdaşlığın inkişafı əlaqələrimizin gündəliyində duran mühüm istiqamətdir. Bu istiqamətdə artıq böyük işlər görülüb. Bu ələqələrin bundan sonrada inkişaf etdirilməsi, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat, toxuculuq sənayesi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlarımız var. Əməkdaşlığın mühüm sahəsi mədəni-humanitar əlaqələrdir. Onların inkişafı prioritet əhəmiyyət daşıyır. Bu konteksdə əməkdaşlığın mühüm tərkib hissəsi qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, təhsil, mədəniyyət, turizm,mədəni dəyərlərimizin xalçaçılıq,atçılıq, tətbiqi sənətin inkişafısahələrində tədbirlərin keçirilməsidir. Bu istiqamətdə mədəni mübadilə və əlaqələrininkişafı üçün bütün imkanlarımız mövcuddur.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi. Təşəkkür edirəm, hörmətli Qurbanqulu Məlikquliyeviç. Əziz qardaşım, dəvətə və qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirirəm, qardaş türkmən xalqına səmimi salamlarımı və sevgimi çatdırmaq istəyirəm. Türkmənistan torpağında yenidən olmağımdan da çox məmnunam. Biz sizinlə keçən ay Azərbaycanda görüşmüşük. O səfərin çox böyük tarxi mənası var. Həm Bakıda, həm işğaldan azad edilmiş Qarabağ torpağında bizim görüşlərimiz Azərbaycan xalqını çox məmnun etdi. Sizin bizə verdiyiniz dəstək bizim üçün çox önəmlidir, çox dəyərlidir. Biz sizinlə söhbətlər əsnasında hər zaman tarixi köklərimizə də nəzər yetirirdik. Biz birləşdirən ortaq tarix, mədəniyyət, etnik köklər və dinimizdir. Türkmən və Azərbaycan xalqları, sözün əsl mənasında, qardaşdılar və əsrlər boyu bu qardaşlıq hissləri ilə yaşamışlar. Bu gün müstəqil dövlətlər kimi böyük uğurlara imza atırlar.Mən artı sizə bidirim ki,Avazanın inkişafı sizin adınızla bağlıdır, sizin əsərinizdir. Bu müasir,gözəl şəhər,əslində, Türkmənistanda gedən genişmiqiyaslı inkişafı əks etdirir. Mən burada üç il bundan əvvəl sizin dəvətinizlə olmuşam və artıq hava limanından şəhərə gələndə gördüm ki, daha böyük inkişaf var. Bütün bunlar sizin fəaliyyətinizin nəticələridir.
Qeyd etdiyiniz kimi, biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Mən əminəm ki, dediyiniz bütün sahələr –energetika, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma, mədəni ələqər üzrə çox gözəl perspektivlər var. Sizin səfərinizdən sonra hökümətlər arası komissiyanın iclası olmuşdur. Orada bir çox məsələlər müzakirə edilib, gözəl nəticələr əldə olunub və biz bir neçə məsələni də bu gün burada müzakirə edəcəyik.
Eyni zamanda, nəqliyyat imkanlarına baxdıqda indi yeni potensial var –Şərq-Qərb nəqliyyat dəhlizi Türkmənistan və Azərbaycan ərazilərindən keçir . Əlbəttə ki, bizim bu sahədəki birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək. Çünki bütün Avropanı uzaq şərqlə birləşdirən etibarlı nəqliyyat bağlantısı bizim ölkərimizin ərazisindən keçir. Mən bilirəm ki Türkmənistanda çox böyük işlər görülüb –müasir dəniz limanı, hava limanları dəmir yolları. Bütün bunlar sizin rəhbərliyinizlə həyata keçirilən lahiyələrdir ki, Türkmənistanda ən müasir infrastuktur yaradılıb. Belə infrastrukturlar Azərbaycandada yaradılıb. Ona görə bu istiqamətdə səylərimizin birləşməsində çox böyük fayda var. Əlbəttə bizim tez-tez görüşməyimiz, hesab edirəm ki, bütün bölgəyə və dünyaya çox ciddi mesajlar verir. Türkmənistan və Azərbaycan qardaş dövlərlər, qardaş xalqlar hər zaman bir-birinin yanındadır.
Türkmənistan Xalq Məsləhətinin sədri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması və əldə olunan nəticələr münasibəti ilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Şərq-Qərb marşurutunda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini Ermənistan ərazisindən keçməklə birləşdirən yeni nəqliyyat dəhlizinin reallaşması ölkələrimizin nəqliyyat daşımalarını və Tranzit potensialını daha da artıracaq və bütün regionun inkişafına öz töhvəsini verəcək.
Söhbət zamanı Azərbaycan, Türkmənistan, Özbəkistan istiqamətində də nəqliyyat dəhlizinin imkanları məsələlərinə toxunuldu. Bu xüsusda, bu gün keçiriləcək Azərbaycan –Türkmənistan-Özbəkistan formatında üçtərəfli görüşün əhəmiyyəti vurğulandı, bu tədbirin üç qardaş ölkə arasında əməkdaşlığın və tərəfdaşlığın inkişafına əlavə təkan verəcəyinə ümidvarlıq ifadə olundu. Görüşdə, həmçinin Türkmənistan “Axaltəkə” və Azərbaycanın Qarabağ atlarının beynəlxaq festivallarda birgə iştirakı məsələlərinə toxunuldu.
Xəzər rayonu, 323 nömrəli tam orta məktəbin direktoru
Ağamalıyeva Səidə