Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır
Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasını uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Məhz bunun nəticəsidir ki, hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeyi xeyli möhkəmlənmiş, əlaqələri genişlənmiş, ölkəmiz dünyada söz sahibinə çevrilmişdir. Xüsusilə də, son dövrlər Azərbaycan ilə Cənub-Şərqi Asiyanın nəhəng dövlətlərindən biri olan Pakistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır. Belə ki, ölkə liderlərinin yüksək səviyyəli səfərləri və görüşlər bu fəaliyyəti daha da möhkəmləndirir. Qeyd etmək lazımdır ki, Pakistan İslam Respublikası dünyada sülhməramlı hərbi missiyaları həyata keçirən bir ölkə kimi də tanınır. Pakistan İslam Respublikası Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Belə ki, Pakistan 12 dekabr 1991-ci ildə rəsmi olaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. Bu böyük Asiya dövləti 9 iyun 1992-ci il tarixində Azərbaycanla diplomatik əlaqələrin yaradılması haqqında qərar qəbul etmiş, 12 mart 1993-cü ildə Bakı şəhərində özünün səfirliyini açmışdır. Dövlət müstəqilliyimizin ilk illərindən Ümummilli Lider Heydər Əliyev Pakistan-Azərbaycan münasibətlərinə böyük önəm verirdi. Görkəmli dövlət xadimi Heydər Əliyev iki ölkə arasında olan münasibətləri dəyərləndirərək bu əlaqələri belə səciyyələndirirdi: “Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimizin üzərində qurulub. Ümummilli liderin uğurlu siyasətinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət xəttində də Pakistanla ölkəmiz arasında münasibətlərin intensiv xarakteri prioritet istiqamətlərdən biridir. 8-10 iyul 2004-cü ildə Pakistan Prezidenti Pərviz Müşərrəf Bakıya rəsmi səfər, bunun ardınca İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin dəvəti ilə 2005-ci ilin aprel ayının 12-də bu ölkədə rəsmi səfəri iki dost ölkə arasında çoxtərəfli əlaqələrin daha da inkişafı üçün geniş imkanlar açmışdır. Pərviz Müşərrəflə görüşündə ölkə başçımız Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın ədalətli mövqeyinin rəsmi İslamabad tərəfindən daim dəstəklənməsini xüsusi vurğulamışdır. Artıq son dövrlər Azərbaycan ilə Pakistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır. Belə ki, ölkə liderlərinin yüksək səviyyəli səfərləri və görüşlər bu fəaliyyəti daha da möhkəmləndirir. İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə həm təkbətək, həm geniş tərkibdə v həmçinin iki dövlət rəhbərlərinin mətbuata bəyanatlarında əsas xətt dostluq, qardaşlıq üzərində qurlumuşdur. görüş keçirilib. Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulan bu səfərini ölkələrimiz arasında münasibətləri gücləndirəcəyini vurğulayıb. Bəli, bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd etmək lazımdır ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı