Azərbaycan özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir
Enerji amili yüz illərdir ki, insanların mövcudluğunun davam etdirilməsində ən önəmli və təməl qaynaqlar arasında öz yerini qorumuşdur. Günümüzdə də bu amil öz əhəmiyyətini qorumaqda davam edərək ölkələrin inkişafında əsas strateji rol oynamaqdadır. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Azərbaycan enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. “Yaşıl Enerji Zonası”nın yaradılmasına dair tapşırığın icrası çərçivəsində işğaldan azad olunmuş bölgələrdə günəş, külək, biokütlə, termal, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, ərazilərin koordinatlarının təyin olunması məqsədilə, habelə mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının, həmçinin su anbarlarında, göllərdə, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi ilə enerji təchizatının təmin olunması istiqamətində araşdırmalar aparılmaqdadır. İcrasına qərar verilmiş layihələrlə yanaşı digər investisiya şirkətləri ilə əməkdaşlıq istiqamətində danışıqlar davam etdirilir. Eyni zamanda, ərazilər üzrə torpaqların mülkiyyətinin və təyinatının öyrənilməsi, bərpa olunan enerji mənbələri layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, ərazilər üzrə infrastrukturun mövcudluğunun öyrənilməsi və formalaşdırılması, sahələrin potensialının ölçülməsi və məlumatların toplanılması məqsədilə ölçü müşahidə qurğularının quraşdırılması istiqamətində müvafiq dövlət qurumları ilə birgə tədbirlər həyata keçirilir.Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin, SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe kimi nəhəng enerji şirkətlərinin, nüfuzlu maliyyə təsisatlarından Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankının və digər qurumların iştirak etməsi Azərbaycanın böyük önəmə sahib dövlət olduğunun növbəti təzahürüdür.
Bədiyyə Sadıqova ,
YAP-ın gənc fəalı