AnalitikaGündəmOrdu

Azərbaycan Ordusu şanlı döyüş yolu keçmişdir

Sizi 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə səmimi qəlbdən salamlayır, hər birinizi bu əlamətdar bayram münasibətilə ürəkdən təbrik edirəm.

Milli Ordu Günü xalqımızın dövlətçilik tarixində mühüm və şərəfli səhifələrdən birini təşkil edir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissələrin yaradılması, müstəqil dövlətimizin təhlükəsizliyinin təmin olunması istiqamətində atılmış ən mühüm addımlardan biri olmuşdur. Həmin dövrdə mövcud olan mürəkkəb ictimai-siyasi şəraitə baxmayaraq, milli ordu quruculuğu ideyası böyük uzaqgörənliklə həyata keçirilmiş və gələcək nəsillər üçün möhkəm təməl formalaşdırılmışdır.

Lakin tariximizin sonrakı mərhələlərində ölkəmizin müstəqilliyini itirməsi ilə milli ordu quruculuğu prosesi də dayandırılmışdır. Yalnız 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan yenidən öz Silahlı Qüvvələrini formalaşdırmaq imkanını əldə etdi. Bu sahədə ən mühüm dönüş nöqtəsi Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə baş verdi. Onun uzaqgörən siyasəti və qətiyyətli addımları nəticəsində ordu quruculuğu sistemli və məqsədyönlü şəkildə həyata keçirildi, nizami ordu formalaşdırıldı və ölkənin müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirildi.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz öz inkişafının ən yüksək mərhələlərindən birini yaşayır. Ordumuz müasir silah-sursat, qabaqcıl texnologiyalar və peşəkar kadr potensialı ilə təmin olunmuş, regionun ən güclü ordularından birinə çevrilmişdir. Hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması, onların xidmət şəraitinin yüksəldilməsi və döyüş hazırlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Azərbaycan Ordusunun gücü yalnız texniki təminatla məhdudlaşmır. Bu gücün əsasında yüksək mənəvi dəyərlər – vətənpərvərlik, dövlətə sədaqət, xalqına bağlılıq və hərbi andına sadiqlik dayanır. Ordumuzun hər bir əsgəri və zabiti müqəddəs Vətən torpağını qorumağı özünün ali borcu hesab edir və bu yolda böyük fədakarlıq nümayiş etdirir.

Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button