Analitika

Azərbaycan Ordusu Ali Baş Komandanın əmrlərini tam icra edir

Azərbaycan Respublikası özünün ən şərəfli, məsuliyyətli və tarixi dövrünü yaşayır. Bu dəyişən dünyada superdövlətlər əhatəsində olan gənc Azərbaycan dövləti müstəqil, suveren yaşamanın formulasını araşdırır, axtarır. Ölkə başçısının irəli sürdüyü və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablanmışdır.Bir çox sahədə islahatlar aparılıb bunlardan biridə hərbi sahədə aparılan islahatlar olub.Azərbaycan Prezidentinin yürütdüyü siyasi kursun əsas və ön plana çıxan hərbi  sahədəki islahatları ordu quruculuğunun tərkib hissəsi olmaq etibarilə dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Mahiyyət baxımından ordunun şəxsi heyətinin döyüş, eləcə də mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə yönəldilən islahatlar Azərbaycan Ordusunda kəsilməzliklə, dönməzliklə, elmi əsaslarla aparılır. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatlarla bağlıdır. Bu islahatlar həm ayrılıqda , həm də vəhdətdə ordunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi ilə nəticələnir. Son illərdə həyata keçirilən islahatlar məhz belə islahatlar kimi tarixləşib. Azərbaycan Ordusunda islahatlar – mahiyyətli strateji yeniləşmələr həmişə tarixi zərurət kimi təzahür edib və ordu quruculuğu prosesinin tərkib hissəsi olub.

Prezident İlham Əliyevin son  ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu prosesi məhz buna görə bu səviyyədə dönməzləşib – güclü, qüdrətli ordumuz var. Bütün bunlar o zaman həqiqətə çevrilir ki, həmin xalqın verdiyi sözü əməli fəaliyyəti ilə yerinə yetirən, sabitliyin qarantı olan, beynəlxalq aləmdə yüksək nüfuz qazanan, ölkənin çiçəklənməsini təmin edən, özünü hər bir azərbaycanlının Prezidenti kimi təsdiqləyən lideri olsun. Bizim belə bir Liderimiz var: Bu, sözün əsl mənasında, qalib Azərbaycanın Müzəffər lideri Prezident İlham Əliyevdir.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button