Azərbaycan Novruzu yeni sima və imic ilə qarşılayır
Novruz bayramının xalqımızın tarixində, adət-ənənəsində özünəməxsus yeri və rolu vardır. Norvuz bayramının qeyd olunması hamımız üçün maraqlıdır. Xalq əsrlər boyu bunu qoruyb saxlayaraq bu günə çatdırıb, yoxsa min illərdən bu günə kimi heç bir bayram gəlib çata bilməzdi. Azərbaycan dövləti tərəfindən Novruz bayramının yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb. Hər il rəsmi səviyyədə ölkəmizdə bayram şənlikləri, müxtəlif tədbirlər təşkil edilir. Novruz bayramı xalqımız tərəfindən hər bir rayonda çox boyük coşğu ilə keçirilir. Bununla xalqımız, eyni zamanda milli adət-ənənəmizə sahib çıxdığını nümayiş etdirir. Burada çox böyük siyasi məsələ də var. Çünki Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Ona görə də düzgün addım oldu ki, bu bayram BMT tərəfindən Beynəlxalq Novruz Günü kimi qeyd olunur. Tarixi Zəfərimizdən sonra ikinci il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırıblar. Cənab Prezidentin Novruz bayramını doğma Qarabağ diyarında qeyd etməsi artıq ənənəyə çevrilib. Keçən il dövlətimizin başçısı martın 18-də Tərtər rayonunun Talış kəndində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib: “Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq”. Bu il isə Prezident Novruz bayramını Xankəndində qeyd edib və xalqı təbrik edərək bildirib ki, “Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır”. Novruz bayramı ilə əlaqədar Prezident İlham Əliyevin ailə üzvləri ilə işğaldan azad olunan rayonlara belə səfərləri, öncəliklə şəhidlərimizin ruhuna olan hörmətdir. Cənab Prezidentin qeyd etdiyi kimi, məhz şəhidlərmizin sayəsindən xalqımız bu torpaqlarda bayram şənliyi edir. Belə bayram şənliklərinin işğaldan azad olunan ərazilərdə qeyd edilməsi, eyni zamanda Böyük Qayıdış prosesini daha da sürətləndirir.
Rzayeva Səba,
YAP-ın gənc fəalı