
Azərbaycanın xarici siyasətində türk dünyası vəMərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafımühüm prioritetlərdən biridir. Son illərdə qarşılıqlıetimada əsaslanan əməkdaşlıq yeni siyasi, iqtisadi vəhumanitar məzmun qazanmış, regionda inteqrasiyanındərinləşməsinə xidmət edən mühüm təşəbbüslər irəlisürülmüşdür. Bu baxımdan Qırğızıstanın Çolpon-Ataşəhərində qəbul edilən Çolpon-Ata BəyannaməsiAzərbaycan ilə Mərkəzi Asiya ölkələri arasındaəlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyininümayiş etdirən mühüm siyasi sənəd kimiqiymətləndirilir.
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasidəyişikliklər, yeni nəqliyyat marşrutlarınınformalaşması və enerji təhlükəsizliyi məsələlərininaktuallaşması Mərkəzi Asiya ilə Cənubi Qafqazarasında əməkdaşlığın əhəmiyyətini daha da artırır. Azərbaycan öz əlverişli coğrafi mövqeyi, güclünəqliyyat infrastrukturu və etibarlı tərəfdaş imicisayəsində bu əməkdaşlığın əsas iştirakçılarından birinəçevrilmişdir. Mərkəzi Asiya dövlətləri isə zənginiqtisadi potensialı, enerji ehtiyatları və sürətlə inkişafedən bazarları ilə Avrasiya məkanında mühüm roloynayırlar. Çolpon-Ata Bəyannaməsi məhz bu ortaqmaraqların daha sistemli şəkildə həyata keçirilməsinəxidmət edən siyasi platformadır.
Sənəddə dövlətlər arasında qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsiplərixüsusi yer tutur. Bu yanaşma regionda sabitliyinqorunması, dövlətlərarası münasibətlərin beynəlxalqhüququn norma və prinsipləri əsasında inkişafetdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın uzun illər ərzində beynəlxalq hüquqaəsaslanan mövqeyi və 44 günlük Vətənmüharibəsindən sonra regionda yaranmış yenireallıqlar Mərkəzi Asiya ölkələri tərəfindən də diqqətləizlənilir. Qarşılıqlı etimadın möhkəmlənməsi dövlətlərarasında siyasi dialoqun intensivləşməsinə, yenitəşəbbüslərin irəli sürülməsinə və uzunmüddətliəməkdaşlıq mexanizmlərinin formalaşdırılmasınaəlverişli zəmin yaradır.
Çolpon-Ata Bəyannaməsinin mühüm istiqamətlərindənbiri iqtisadi əlaqələrin genişləndirilməsidir. Ticarətdövriyyəsinin artırılması, investisiya layihələrinindəstəklənməsi, sənaye kooperasiyasının inkişafetdirilməsi və sahibkarlar arasında əməkdaşlığıngücləndirilməsi sənəddə əksini tapan əsashədəflərdəndir. Azərbaycan son illərdə əlverişli biznesmühitinin yaradılması, müasir sənaye parklarının vəazad iqtisadi zonaların formalaşdırılması istiqamətindəmühüm addımlar atmışdır. Bu imkanlar Mərkəzi Asiyaölkələrinin investorları üçün də yeni perspektivlər açır.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq sənədinstrateji əhəmiyyətini daha da artırır. Azərbaycan ŞərqləQərbi, Şimalla Cənubu birləşdirən beynəlxalqnəqliyyat dəhlizlərinin əsas iştirakçısı kimi çıxış edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz və digər iriinfrastruktur layihələri Mərkəzi Asiya ölkələrininAvropa bazarlarına daha sürətli çıxışına geniş imkanyaradır. Çolpon-Ata Bəyannaməsi bu istiqamətdəəlaqələrin koordinasiyasını gücləndirməkləyükdaşımaların həcminin artmasına, logistikaxərclərinin azalmasına və ticarət marşrutlarınınşaxələndirilməsinə əlavə töhfə verir.
Enerji sahəsində qarşılıqlı fəaliyyət də əməkdaşlığınəsas sütunlarından biri hesab olunur. Azərbaycan enerjitəhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimibeynəlxalq nüfuz qazanmışdır. Mərkəzi Asiyaölkələrinin enerji resurslarının dünya bazarlarınaçıxarılmasında Azərbaycanın malik olduğu nəqliyyatvə ixrac infrastrukturu yeni imkanlar yaradır. Yaşılenerji layihələrinin həyata keçirilməsi, bərpa olunanenerji mənbələrinin inkişafı və elektrik enerjisininötürülməsi istiqamətində əməkdaşlığıngenişləndirilməsi regionun dayanıqlı inkişafına mühümtöhfə verir.
Rəqəmsal transformasiya və innovasiya sahəsindəəməkdaşlığın genişləndirilməsi də Çolpon-AtaBəyannaməsinin diqqətçəkən istiqamətlərindəndir. Müasir texnologiyaların tətbiqi, rəqəmsal xidmətlərininkişafı, kibertəhlükəsizlik sahəsində təcrübəmübadiləsi və innovativ layihələrin dəstəklənməsigələcəyin iqtisadiyyatının formalaşdırılmasına xidmətedir. Azərbaycan rəqəmsal idarəetmə, elektronxidmətlər və süni intellekt texnologiyalarının tətbiqiistiqamətində həyata keçirdiyi islahatlarla MərkəziAsiya ölkələri üçün uğurlu təcrübə nümunəsi təqdimedir.
Humanitar sahədə əməkdaşlıq da sənədin mühümistiqamətlərindən biridir. Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrində əlaqələrin inkişafetdirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanınmöhkəmlənməsinə xidmət edir. Ortaq tarix, dil, mədəni irs və mənəvi dəyərlər Azərbaycan ilə MərkəziAsiya ölkələrini bir-birinə daha da yaxınlaşdırır. Universitetlər arasında əməkdaşlıq proqramlarınıngenişləndirilməsi, tələbə mübadiləsi, birgə elmitədqiqatların aparılması və mədəni tədbirlərin təşkiligələcək nəsillər arasında əlaqələrin daha damöhkəmlənməsinə şərait yaradır.
Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilənəməkdaşlıq da Çolpon-Ata Bəyannaməsininəhəmiyyətini artıran amillərdəndir. Azərbaycantəşkilatın fəal üzvü kimi türk dünyasının həmrəyliyiningücləndirilməsi istiqamətində ardıcıl təşəbbüslərləçıxış edir. Mərkəzi Asiya dövlətləri ilə siyasikoordinasiyanın genişlənməsi, iqtisadi layihələrinəlaqələndirilməsi və ortaq inkişaf strategiyalarınınhazırlanması təşkilatın beynəlxalq nüfuzununyüksəlməsinə də müsbət təsir göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyiməqsədyönlü xarici siyasət ölkəmizin Mərkəzi Asiyadövlətləri ilə münasibətlərini yeni səviyyəyəyüksəltmişdir. Qarşılıqlı dövlət səfərləri, imzalanansazişlər, yaradılan birgə hökumətlərarası komissiyalarvə davamlı siyasi dialoq bu əməkdaşlığın davamlıxarakter aldığını göstərir. Çolpon-Ata Bəyannaməsi dəməhz bu ardıcıl siyasətin mühüm nəticələrindən birikimi çıxış edir və qarşıdakı illər üçün geniş fəaliyyətistiqamətlərini müəyyənləşdirir.
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındaformalaşan yeni əməkdaşlıq modeli yalnız ikitərəflimünasibətlərin inkişafı ilə məhdudlaşmır. Butərəfdaşlıq Avrasiyada iqtisadi inteqrasiyanıngüclənməsinə, nəqliyyat əlaqələrinin genişlənməsinə, enerji təhlükəsizliyinin möhkəmlənməsinə və regionalsabitliyin qorunmasına mühüm töhfə verir. Çolpon-AtaBəyannaməsi ortaq maraqlara söykənən stratejiəməkdaşlığın gələcək inkişaf istiqamətlərinimüəyyənləşdirən mühüm siyasi sənəd olmaqla yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəartan nüfuzunu və Mərkəzi Asiya ilə əlaqələrinindinamik inkişafını aydın şəkildə əks etdirir.
Mələk Mahmudlu,
YAP Xətai Rayon Təşkilatının fəalı



