Analitika

Azərbaycan inkişaf yolunda!

Heydər Əliyev siyasi kursunun fəxri davamçısı olan Prezident İlham Əliyev 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçildi. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. XXI əsrin ilk illərində Azərbaycan neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsi idi. Xəzər dənizində “Azəri”, “Çıraq”, “Günəşli” neft yataqları istismara verildi. “Şahdəniz” yatağında aparılan uğurlu qazma işləri Aərbaycanı böyük həcmdə qaz istehsal edən ölkəyə çevirdi.

2006-cı ildə iyulun 13-də Bakı–Tbilisi-Ceyhan əsas neft kəmərinin inşası başa çatdırıldı. Bakı–Tbilisi–Ceyhan neft kəməri Türkiyənin və Avropanın enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsidir. Azərbaycanın qara qızılını dünya bazarına ən qısa və təhlükəsiz yolla çıxarır. 2006-cı ildə istifadəyə verilən Bakı–Tbilisi–Ərzurum qaz kəməri Gürcüstanın və Türkiyənin təbii qaza olan tələbatını ödədi. Azərbaycan qazının Türkiyə vasitəsilə Yunanıstana və digər Avropa ölkələrinə ötürülməsinə imkan yaratdı. 2013-cü ilin dekabrında təbii qazımızın Avropaya böyük həcmdə çıxarılması üçün cənab İlham Əliyevin adlandırdığı “XXI əsrin müqaviləsi” sənədi 2014-cü ildə əsası qoyulan Trans Anadolu (TANAP), Trans–Adriatik (TAP) qaz kəmərlərini reala çevirdi. Cənub qaz dəhlizini aradılmasına imkan yaratdı.

2003-2015-ci illərdə qeyri-neft sektoru sahəsində də bir sıra tədbirlər həyata keçirildi. Yeni sənaye müəssisələri yaradıldı, Bakıda Gön dəri zavodu, “Star Ltd” zavodu açıldı, Astara və Şəkidə modul tipli stansiyalar istifadəyə verildi, Gəncə avtomobil zavodu yenidən quruldu, Naxçıvanda yeni avtomobil zavodu işə salındı, Nəqliyyat infrastrukturu inkişaf etdirildi, 5 hava limanı , 4 avtovağzal, 4 metro stansiyası tikilib istifadəyə verildi.  Ələtdə Beynəlxalq  Liman Kompleksi inşa edildi (Bu liman Xəzər dənizində hazırda ən böyük və ən müasir kompleks hesab olunur). Bakı şəhərində 572 km yol təmir olundu, 32 yol qovşağı, 35 körpü və tunel istifadəyə verildi.

2017 ci ilin 30 oktyabrında Bakı – Tbilisi – Qars dəmir yolunun açılışı oldu, hansıki bu yol Avrasiya nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrildi və Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən strateji və böyük iqtisadi əhəmiyyətli, ən qısa yol oldu.

44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışın” təmin edilməsi proqramı çərçivəsində Qarabağda iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi nəzərdə tutulub və hazırda bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilir. İlk növbədə Prezidentin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz  məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılmışdır.

İlkin infrastrukturun qurulması istiqamətində atılan ilk önəmli addımlara 45 kilometrlik Bərdə – Ağdam dəmir yolu xəttinin, Füzuli – Şuşa Avtomobil yolunun və Füzuli Beynəlxalq Hava Limanının tikintisini və s. göstərmək olar. Şübhəsiz ki, bu addımlar işğaldan azad edilmiş ərazilərdə gələcəkdə bərpa və yenidənqurma işlərini həyata keçirmək üçün zəruri infrastrukturun formalaşdırılmasına istiqamətlənmişdir. Bir çox digər infrastruktur layihələrinin icrasına da artıq başlanmışdır və bu layihələr Cənab Prezidentin vurğuladığı kimi, başda Türkiyə Respublikası olmaqla, Azərbaycanın haqq işini dəstəkləyən dost ölkələrin şirkətləri ilə birgə icra edilir.

Biz ədalətin bərpasını Prezidentimizin “Dəmir yumruq” əməliyyatı ilə reallaşdırdıq. Artıq Qarabağ-cənnət guşəsini (hansıki ermənlər məhv etmək istədilər) yenidən biz o möhtəşəm coğrafi ərazinin möcüzələrini bərpa etməliyik. Əminik ki, Prezidentin rəhbərliyi altında ən qısa müddətdə arzuladığımız Qarabağı və Şərqi Zəngəzur cənnətini  reallaşdıracayıq və bununla da Azərbaycanın növbəti uğur hekayəsini yazmış olacağıq.

Məmmədova Rəvanə,
Xəzər rayonu, 234 №li məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button