Analitika

Azərbaycan ilə Avropa İttifaqının əməkdaşlığı qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Euronews” televiza kanalına verdiyi müsahibə zamanı müxbirin ünvanladığı suallar əsasında bir çox məqamlara aydınlıq gətirmiş,Qarabağ məsələsində Azərbaycanın qəti mövqeyini bir daha vurğulamışdır.

Prezident Ermənistanla sazişin imzalanmasına baxmayaraq arada hələ də boşluqların olmasını,sərhəddəki gərginliklərin tamamilə bitməməsinin gözlənilməz hal olduğunu qeyd etsə də,məsələnin bundan sonrakı mərhələsinin tamamən sülh çərçivəsində davam edəcəyinə inamlı olduğunu,nikbin sonluğa ümidli olduğunu vurğuladı. Bunun üçün hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparıldığı diqqətə çatdırıldı.

İlham Əliyev müsahibə zamanı eyni zamanda Brüsseldəki görüşlər haqqında da fikirlər bölüşmüşdür. O qeyd etmişdir ki,Brüsseldəki görüş zamanı toxunulan əsas məsələlərdən biri də sərhədlərin düzgün müəyyən edilməsi olmuşdur.Əsas məsələlərdən olan Naxçıvana çıxışıın olması kimi vacib bir öhdəliyi Ermənistan tərəfi yerinə yetirmir.

Müxbirin”…Avropa İttifaqı danışıqlar masasına nəyi gətirir?” sualına İ.Əliyev “…Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də görüşürük. Sonuncu dəfə görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, durğunluq yaranarsa, yenidən bir növ fasiləyə keçərsə, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik” cavabını verdi.

Bu cavab tarix boyu Ermənistan xalqının yalançı ərazi idialarından heç vaxt əl çəkməməsi, sülh sazişlərindəki öhdəliklərini heç vaxt tam yerinə yetirməmələri və həmişə Azərbaycan xalqının hümanizmindən sui-istifadə etməsindən yaranan haqlı narahatlığı və tarixin təkrarlanmaması üçün alınan təhlükəsislik tədbirlərindən xəbər verirdi.

Görüş zamanı həmçinin Qərblə enerji sektorunda imzalanan yeni sazişlərdən,bu yöndə olan yeniliklərdən və uğurlardan da söz açılıb.

Növbəti sual Laçın dəhlizindəki vəziyyətlə bağlı idi. İlhamƏliyev qeyd etdi ki, söylənilənlərin heç biri həqiqəti əks etdirmir. Laçın dəhlizində hərəkət əslində heç vaxt dayandırılmamış,azad olmuşdur. Qırmızı Xaç Komitəsinə məxsus yük maşınlarında rast gəlinən qanunsuzluq Laçın dəhlizindəki hərəkətin dayanmasına səbəb olsa da, hadisənin araşdırılması və qanunun bərqərar olmasından sonra hərəkət yenidən bərpa olunmuşdur.

Siz missiyanızın nədən ibarət olduğunu deyərdiniz? Missiyanız müharibədə qalib gəlmək, yoxsa dayanıqlı sülhə nail olmaqdır?

Ölkə başçısına ünvanlanan suala İlham Əliyevin cavabı birmənalı olmuşdur: – “Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq. Beləliklə, bu, bir nömrəli missiya idi və o, artıq tamamlandı. İndi isə biz sülh haqqında danışırıq.”

Həmçinin Əliyev onu da bildirmişdir ki, Azərbaycan Qarabağda məskunlaşan ermənilərə onların azərbaycanlılara qarşı törətdikləri qətliamdan fərqli olaraq sülh çərçivəsində yaşamağı təklif edir. Lakin buarada tək şərt bundan ibarətdir ki, Azərbaycan ərazisində yaşamaq istəyən ermənilər Azərbaycan vətandaşı olaraq yaşamalı ya da ərazimizi tərk etməlidirlər.Və bu da çox legitim yanaşmadır.

Sonda prezident Ermənistan xalqına onlar üçün qəbulolunan seçim olan azərbaycanlıların öz torpaqlarında yaşamaq hüququnu tanımaları mesajını vermiş və iki xalq arasında sülhə inamını bir daha dilə gətirmişdir. Həmçinin bu da vurğulanıb ki, Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar.

Əskərova Səbinə,
Xəzər rayonu, 117 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button