Analitika

Azərbaycan həmişə güvənilir əməkdaşdır

2011-ci ildə Avropa İttifaqı və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalamış və bundan  sonra TANAP və TAP layihələri ilə bağlı hökumətlərarası sazişlər uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratmışdır. 27 iyun 2012-ci ildə Azərbaycan  və Türkiyə arasında TANAP-la bağlı müqavilə imzalandı və 20 sentyabr 2014-cü ildə “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. Artıq 2021-ci ilin sonlarından etibarən Azərbaycan qazı Avropaya çatdırılır. TAP-ın istismara daxil olması  “Cənub qaz dəhlizi”nin tam fəaliyyətə başlamasını təmin etdi və beləliklə, tarixdə ilk dəfə  Azərbaycan  qazı Avropaya birbaşa nəql etdirildi. Bu, təkcə ölkəmizdə neft-qaz sənayesinin deyil,  ümumilikdə  xalqımızın tarixində  özünün xüsusi əhəmiyyəti ilə digər layihələrdən fərqlənir. Çünki Azərbaycan “Cənub qaz dəhlizi” layihəsinin həm təşəbbüskarı və aparıcı qüvvəsi kimi  bu layihədə iştirak edir.

Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş və Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə həvalə edilmişdir.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı 2021-ci il fevralın 11-də, səkkizinci toplantı 2022-ci il fevralın 4-də, doqquzuncu toplantı  2023-cü il fevralın 3-də, onuncu toplantı isə cari ilin 1 mart tarixində keçirilmişdir.   Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsi doğurdan da xalq olaraq bizi qürurlandırır və bir daha sözümüzün ağası olduğumuzu sübüt edir:  ” Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik.  Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır. Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var.  Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir”

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və Prezidentin bu sərəncamı bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq.  Eyni zamanda Prezident işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.  BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi elan ediləndən bəri  hazırlıq işlərinə başlanılmışdır.

Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir, yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcəkdir. Prezidentin Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində  bu məsələyə xüsusi toxunmuşdur.” COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”

Bu gün Azərbaycanın iqtisadi inkişafının  təməlində, vaxtında və məqsədə uyğun şəkildə keçirilən  islahatlar dayanır. Biz dövlət olaraq,  iqtisadiyyatımızı qurub şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq.  Müsahibəsində dövlətin iqtisadi strategiyasının sadəcə neft və qaza aid olmadığını vurğulayan prezident “Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardı. Neft və qaza malik ölkələr günahlandırılmamalıdır, qazıntı yanacağına sahib olmaq onların günahı deyil” sözləri ilə liberal və yenilikçi islahatlarla,  ən müasir texnologiyalar tətbiq etməklə ənənəvi enerji resurslarının bərpa olunan enerji mənbələri ilə əvəz edilməsini özündə ehtiva edə biləcəyini  bir daha sübut etdi.

Ülviyyə Məmmədova,
Xəzər rayonu, 26№li tam orta məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button