Analitika

Azərbaycan Gürcüstan ticarət tərəfdaşlarıdır

Azərbaycan-Gürcüstan münasibətləri qədim tarixi köklərə malikdir. Gürcüstan Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanımışdır. Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-dən qurulmuşdur. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyi açılmışdır. Bundan başqa, 2010-cu ildən Batumi şəhərində Azərbaycanın, 2013-cü ildən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluqları fəaliyyət göstərirlər. Azərbaycan və Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətləri əsrlər boyu yüksək səviyyədə olmuşdur. Tarixən Azərbaycan ərazisində gürcülər, Gürcüstan ərazisində isə azərbaycanlılar yaşamışlar. Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də qurulmuşdur. Həmin gün Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri tərəfindən Bakıda iki dövlət arasında diplomatik münasibətlər yaradılması və xarici işlər nazirliklərinin əməkdaşlığı haqqında protokollar imzalanmışdır. 1992-ci il dekabrın 25-də “Gürcüstan parlamenti ilə Azərbaycan Respublikası Milli Məclisi arasında parlament əlaqələrinin inkişafı haqqında” Protokol imzalanmışdır. Dövlətlərarası münasibətlərin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və inkişafında dövlət və hökumət başçılarının sonrakı dövrdə intensiv xarakter alan qarşılıqlı səfərləri mühüm əhəmiyyət daşıyır. Hazırda Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq davam edir və bu əməkdaşlıq bütün sahələri – ticarət, investisiya, maliyyə, bank, enerji, nəqliyyat, kənd təsərrüfatı, idman, təhsil, mədəniyyət və sairi əhatə edir. Gürcüstan Azərbaycan əsas ticarət tərəfdaşlarından biridir. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 2012-ci ildən etibarən 1-ci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, 700-dən çox Azərbaycan sərmayəli şirkət, xüsusilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda uğurla fəaliyyət göstərir. Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət də SOCAR-dır. Təkcə SOCAR-ın timsalında Azərbaycan bu ölkəyə 1,5 milyard ABŞ dollarından artıq həcmdə investisiyalar yatırıb. İki qonşu ölkə istər beynəlxalq təşkilatlarda, istərsə də regional təşkilatlarda daima bir-birilərini dəstəkləyirlər. İkitərəfli və üçtərəfli Azərbaycan–Gürcüstan–Türkiyə diplomatik formatında yeni regional əməkdaşlıq platforması yaratmağa nail olublar. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü bərpa etməsini dəstəklədiyi kimi, Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Azərbaycan-Gürcüstan münasibətləri demək olar ki, həyatın bütün sahələrini əhatə edir. İki ölkə arasında dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Gürcüstan münasibətləri hər iki ölkə üçün daim strateji əhəmiyyət daşıyır və bu münasibətləri hər iki xalqın milli maraqları şərtləndirir. Son 30 il ərzində Azərbaycanla Gürcüstan arasında xarici siyasətlə bağlı 160-dan artıq sənəd – saziş, müqavilə, memorandum, protokol, bəyannamə, razılaşma və sərəncam imzalanmışdır. Elektron resursun “Sənədlər” bölməsində iki dost və strateji müttəfiq dövlət arasında münasibətlərin əsasistiqamətlərini əhatə edən materialların tam mətnləri istifadəçilərə təqdim edilir.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button