Azərbaycan-Gürcüstan münasibətləri qədim tarixi köklərə malikdir
Gürcüstan Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanımışdır. Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-dən qurulmuşdur. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyi açılmışdır. Bundan başqa, 2010-cu ildən Batumi şəhərində Azərbaycanın, 2013-cü ildən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluqları fəaliyyət göstərirlər.
Azərbaycan və Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətləri əsrlər boyu yüksək səviyyədə olmuşdur. Tarixən Azərbaycan ərazisində gürcülər, Gürcüstan ərazisində isə azərbaycanlılar yaşamışlar.
XVIII əsrin ikinci yarısında Cənubi Qafqazda yaranan Azərbaycan xanlıqları və Kartli-Kaxetiya Çarlığı arasında qarşılıqlı əlaqələr heç də birmənalı olmamışdır. Bu münasibətlər çərçivəsində müvəqqəti İttifaqlar da yaranmış, zaman-zaman hərbi qarşıdurma səviyyəsinə gəlib çatmış ixtilaf və münaqişələr də meydana çıxmışdır.
XIX əsrdə Şimali Azərbaycanın və Gürcüstanın əraziləri Rusiya imperiyası tərəfindən ilhaq etdildikdən sonra iki xalq arasında münasibətlər öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. 1880-ci ildə Tiflis quberniyasının bir hissəsində əhalisinin böyük əksəriyyəti Azərbaycanlılardan ibarət olan Borçalı qəzası təşkil edilmişdi. XX əsrin əvvəllərində Azərbaycan-Gürcüstan ictimai-siyasi əlaqələri dirçəliş dövrünü yaşamışdır.
Gürcü xalqının görkəmli xadimləri İ.Çavçavadze və A.Seretelinin azərbaycanlı publisist və maarifçiləri
M.Şaxtaxtılı, C.Məmmədquluzadə, E.Sultanov, F.Köçərli, Terequlov qardaşları, S.M.Qənizadə ilə dostluq münasibətləri iki xalqın mədəniyyətlərinin zənginləşməsinə və milli özünüdərk hissinin yüksəlməsinə gətirib çıxarmışdı. Onların açdığı məktəblər, buraxdığı qəzetlər, yazdığı əsərlər XX əsrin birinci rübündə inkişaf edən milli-azadlıq hərəkatının əsaslarını qoymuş, hər iki xalqın müstəqillik qazanmasında mühüm rol oynamışdır.
1917-ci ildə Rusiya imperiyasının süqutundan sonra Cənubi Qafqaz xalqlarının nümayəndələri əvvəl müvəqqəti hökumətin regionda təmsilçisi olan Xüsusi Zaqafqaziya Komitəsinin tərkibinə daxil olmuş, oktyabr çevrilişindən sonra isə regionun ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini təşkil etmişdilər.
1918-ci ilin mayında Gürcüstan və Azərbaycan müstəqillik qazandıqdan sonra iki dövlət arasında münasibətlər mahiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, xarici təhlükələrə qarşı iki ölkə müttəfiq kimi çıxış etmişlər.
Azərbaycan və Gürcüstanın o zamankı siyasi xadimləri, dövlət rəhbərləri yaxşı başa düşürdülər ki, müstəqil dövlət quruculuğuna qədəm qoysalar da, bir-biri ilə ən müxtəlif sahələrdə normal münasibətlər yaratmadan, təcrid olunmuş şəraitdə öz mövcudluqlarını təmin etmələri mümkün deyildir. On illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Gürcüstanı və Azərbaycanı, bizim xalqlarımızı çoxəsrlik, tarixi dostluq birləşdirir və bu, iki dövlətimiz arasında strateji tərəfdaşlığın əsasını təşkil edən möhkəm təməldir”, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda Zaqulba sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə bəyanatında bildirib. Kobaxidzenin qeyd etdiyi üzrə, o əmindir ki, ölkələr arasında münasibətlər məhz bu ruhda davam edəcək.
“Azərbaycan Respublikasında ilk dəfə Baş nazir kimi olmaq mənim üçün böyük şərəfdir. Bu görüşü vəzifəyə gəldikdən qısa müddət sonra Azərbaycana təşkil etmək bizim üçün vacib idi. Mən səmimi qonaqpərvərliyinə görə Prezident Əliyevə təşəkkür etmək istəyirəm.
Prezident İlham Əliyev ölkələrimizin və xalqlarımızın çoxəsrlik, tarixi dostluğun birləşdirdiyini qeyd etdi və bu, əlbəttə ki, iki dövlətin arasında strateji tərəfdaşlığın əsasını qoyan möhkəm təməldir. Əminəm ki, əlaqələrimiz məhz bu ruhda davam edəcək. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək.
Birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq.
Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridir.
Bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq.
Bizim şəxsi tanışlığımız dostluğa çevriləcək, çünki xalqlarımız dost xalqlardır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir.
Zaxarova Sevinc,
Xəzər rayonu, 136 nömrəli məktəbin müəllimi