Analitika

Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var, həm də mühüm strateji tərəfdaşdır

Dünyada, xüsusilə də Cənubi Qafqazda siyasi-hərbi vəziyyətin gərgin olduğu dönəmdə Azərbaycanın dövlət başçısı İlham Əliyevin qonşu Gürcüstana səfər etməsi, baş nazir İrakli Qaribaşvili ilə görüşməsi həm tarixi baxımdan, həm də çağdaş dövrün tələbləri prizmasından çox əhəmiyyətlidir.Bu, ilk növbədə onu göstərir ki, olduqca gərgin bir geosiyasi platformada yerləşən Azərbaycan və Gürcüstan dövlətləri və xalqları arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Belə görüşlər ölkələrimizin arasındakı problemlərin sıfır həddində qalmasını təmin edir, ölkələrin bir-birinə daha yaxın olmasına xidmət göstərir. Bir regionun inkişafı üçün əsas amil orada sülhün olmasıdır. 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam edən Vətən müharibəsi Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoydu. Regionda yeni reallıqlar yaratdı. Bütövlükdə regionda sülhün bərqərar olmasına şərait yaratdı. Müharibənin bitməsindən 3 il keçməsinə baxamayaraq amma hələdə Cənubi Qafqazda sülh hələ ki, tam bərqərar olunmayıb.Prezident İlham Əliyevin 8 oktyabr tarixində Tbilisidə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda artıq Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatdığı bildirildi. Bütün regionun inkişafı üçün yaranmış şansı əldən vermək böyük səhv olar.  Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu və sair kimi fikirləri əsas diqqət çəkən məqamlardan oldu. Dövlət başşısı həmçinin Azərbaycan və Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayaraq, bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəklədiyini, ökələrimizin ərazi bütövlüyünün beynəlxalq hüququn fundamental prinsipi olduğunu və ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyini, həmçinin Azərbaycanın bu məsələ ilə bağlı mövqeyinin birmənalı olduğunu ifadə etmişdir.Eyni zamanda üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyini, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etməsini də vurğulamışdır. Ölkə başçısının bu səfəri də Azərbaycan-Gürcüstan mövcud əlaqələrinin genişlənməsinə və inkişafına tövhə verəcək. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Həmçinin ölkəmizin Gürcüstanla həm enerji, həm nəqliyyat sahəsində çox böyük əməkdaşlıq planları var. Bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir. Azərbaycan böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilər. Anakliya limanı və Kulevi limanı əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button