Gündəm
“Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyırıq, bura Qarabağ da daxildir”
“Bəli, Ermənistan Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyır, bura Qarabağ ərazisi də daxildir”.
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29 800 km² ərazisini tanıyır”, – deyə hökumət başçısı əlavə edib.
Xatırladaq ki, N. Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilən sammiti çərçivəsində çıxışı zamanı Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıdığını bildirmişdi.