Azərbaycan dünyada idman ölkəsi kimi tanınır
Hər bir ölkə, eləcə də xalq üçün sağlamlıq ən əsas vəzifə hesab edilir. Dövlətimiz tərəfindən idmançılarımıza göstərilən qayğı onlarda böyük ruh yüksəkliyi oyadır. Prezident İlham Əliyev idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə edilməsi üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradıb. Respublikamızda idman bölmələrinə axın edən gənclərin sayı günü-gündən artmaqdadır. Ölkəmizin əksər regionlarında müasir standartlara cavab verən Olimpiya İdman kompleksləri, stadionlar və idman zalları tikilərək idmançılarımızın istifadəsinə verilir. Azərbaycanda 50-yə yaxın müasir idman kompleksləri artıq inşa edilərək istifadəyə verilib. Azərbaycana idmana göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Hər bir ölkə, eləcə də xalq üçün sağlamlıq ən əsas vəzifə hesab edilir. Dövlətimiz tərəfindən idmançılarımıza göstərilən qayğı onlarda böyük ruh yüksəkliyi oyadır. Prezident İlham Əliyevin idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə edilməsi üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradıb. Respublikamızda idman bölmələrinə axın edən gənclərin sayı günü-gündən artmaqdadır. Ölkəmizin əksər regionlarında müasir standartlara cavab verən Olimpiya İdman kompleksləri, stadionlar və idman zalları tikilərək idmançılarımızın istifadəsinə verilir. Azərbaycanda 50-yə yaxın müasir idman kompleksləri artıq inşa edilərək istifadəyə verilib.
Azərbaycanda idmana olan münasibət digər ölkələrə nümunə kimi göstərilməkdədir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın dünya miqyasında idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunmaqdadır. Prezident İlham Əliyevin dediyi kimi- “Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”.
Azərbaycan gənclərinin idmana marağının artırılması istiqamətində mühüm layihələr həyata keçirilir. İlham Əliyev 7-13 mart 2022-ci il tarixlərdə 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş Avropa çempionatında ölkəmizi layiqincə təmsil edən güləşçilərimizi qəbul onaları təbrik etmiş və ölkəmizin idman sahəsində əldə etdiyi uğurlardan danışmışdır. Azərbaycan idmançıları bu beynəlxalq yarışda 7-si isə qızıl medal olmaqla , ümumilikdə 16 medal qazanmışlar. Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, beynəlxalq idman ailəsində layiqli yerini tutmaqdadır. Artıq idmançılarımız beynəlxalq səviyyəli yarışlarda ölkəmizi qalib gəlmiş müzəffər xalq kimi təmsil edir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin digər sahələrdə olduğu kimi idman sahəsinə də diqqət və qayğısı onu göstərir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız böyük uğurlar qazanacaq.
Nurlan Hüseynov,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi