Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır
Dövlətimizin şanlı qələbəsilə başa çatan 44 günlük qəhrəmanlıq savaşı hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Müzəffər ali baş komandanın rəhbərliyi altında yenilməz ordumuz xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Xalqımız öz ata-baba torpaqlarına geri döndü. Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgəmiz üçün yeni perspektivlər vəd edir. Azərbaycan artıq o ölkələrdəndir ki, sözünü açıq şəkildə ifadə edərək müstəqil siyasət aparır. Sözsüz ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır.
Bu gün Azərbaycan dövləti Qarabağı cənnətə çevirmək üçün əzmlə çalışır. Ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən, uğurlu daxili və xarici siyasətidir ki, Azərbaycan regionun güclü dövlətinə çevrilib. İşğaldan azad edilən ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlərin sürətlə aparılması ölkəmizin düşünülmüş siyasətinin nəticəsidir. Azərbaycan zəfər çalmış ölkə olaraq işğaldan azad edilmiş torpaqlarını qısa zaman içində cənnətə çevirir.
Ölkəmizin dünyada artmaqda olan nüfuzu Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Əməkdaşlıq əlaqələrinin nəticəsində icra olunan layihələr ölkəmizdə təkcə iqtisadi sahədə ticari dövriyyənin artmasıyla deyil, həm də ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təminatçısıdır. Bu gün Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir. Digər dövlətlərlə aparılan əməkdaşlıq əlaqələrinin mövcudluğu və inkişafı cənab prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Məhz onun düşünülmüş siyasətidir ki, bu gün Azərbaycan Respublikası beynəlxalq arenada güvən, etibar, nüfuz, ciddi tərəfdaş kimi tanınır. Bunun əsasında sözsüz ki ölkəmizin qüdrəti ilə yanaşı, ölkə başçısının şəxsi nüfuzu da əsas rol oynayır. Bir şəxsiyyət olaraq İlham Əliyevin dediyi sözlər və verdiyi qərarlar birmənalı şəkildə hər kəsdə güvən və etibar yaradır.
Müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, indiyədək əldə olunan dinamikanı bundan sonra da artıraraq yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdiriləcək. Hal-hazırda icra olunan bir çox layihələr ölkəmizin nüfuzunu daha da gücləndirəcək.
Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi