AnalitikaGündəm

Azərbaycan dövləti hüquqlarını müdafiə edəcək qədər güclüdür

Şanlı Zəfər tarixi bizə müasir tarixi qələbəmizin təntənəsi daha dolğun şəkildə çatdırır. Məhz  4 Oktyabr – Cəbrayıl Şəhəri Günü olması da belə vacib məqamlardandır.  Artıq Cəbrayıl şəhərinin azad olunmasının dördüncü ildönümüdür. Bundan sonra biz hər il bu gözəl günü qeyd edəcəyik.  Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. Bir həftə ərzində  20-yə yaxın kənd, o cümlədən Cəbrayıl rayonunun kəndləri azad edilmişdir. Bu səbəbdən Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. 44 günlük hərbi əməliyyatlar o çətinliyi və imkansızlığı ilə düşməndə özünə güvən yaratsa da, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərməklə və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmiş,  həm də Ordumuzun, xalqımızın mənəvi ruhunu yüksəltmişdir. Cəbrayıldan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirilmişdir. O da çox böyük peşəkarlığa malik olan əməliyyatdır. Düşmənin orada çox möhkəm istehkam mövqeləri yerləşirdi. Xüsusilə bütün yüksəkliklərdə nəzarət düşmən ordusunda idi. Şəhəri azad etmək üçün bizim qəhrəman övladlarımız bir neçə müdafiə xəttini yarmalı idi. Peşəkar və cəsarətli Azərbaycan ordusu bunu məharətlə həyata keçirmişdi.Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatmışdır.  Beləcə  yolumuz  Şuşa, Zəngilan və Qubadlı istiqamətinə açılmışdır. Müzəffər Ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə getmiş və döyüş meydanında böyük yaşayış məntəqələrini – Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini azad edə bilmişdi. Bütövlükdə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Beləliklə, Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Torpaqlarımız işğaldan azad edildikdən sonra əsas hədəfimiz yenidənqurma işləri oldu. Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilmişdir. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası dərhal başlamışdır. Sovet dövründə olan yol yenidən qurulmuşdur. Yeni dördzolaqlı magistral yol uğurla inşa edilməkdədir.Gözəl, gözoxşayan evlər həm dövlətimizin gücünü, həm də keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsini göstərir. Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. 712 mənzil inşası davam etdirilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir. Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur. Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb. İndi isə görülənbütün bu işlər bir daha onu göstərir ki, bu torpaqlara  onun əsl sahibləri qayıdıb. Qərb dövlətləri də gözlərini geniş açıb baxsınlar. Cəbrayılda demək olar ki, cəmi iki bina qalmışdı. Orada da erməni hərbçiləri yerləşmişdi. Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuş, torpaqlarımızın təxminən 20 faizini işğal etmiş, etnik təmizləmə siyasəti aparmış, Xocalı soyqırımını törətmiş, bütün şəhər-kəndlərimizi viran qoymuşdur. Biz bütün beynəlxalq platformalarda öz haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, əksinə uzaqlaşdırır. Ermənistanla uyğunlaşmağı bizə vəzifə borcu göstərirdi. Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər. Ancaq bu yolverilməz idi. Ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Bu çirkin müraciət bizim iradəmizə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır.

Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir. Həmin vaxt bizim torpaqlarımızda işğal prosesi gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı.  Bu səbəbdən də, bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Əfqanıstanı tərk etmək məcburiyyətində qaldıqda isə  bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Azərbaycan öz hüququnu bərpa etdi.Bu gün  ancaq öz gücümüzə arxalanmalıyıq. Heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq. Bu gün anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şüurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydururlar, tirajlayırlar, öz mətbuatlarında, öz dırnaqarası qeyri-hökumət təşkilatlarında əks etdirirlər. Azərbaycanda, müxtəlif QHT-lər adı altında, hansısa ictimai qurumlar adı altında Anti-Azərbaycan mövqeyində olan müxtəlif ünsürləri bu günə qədər də maliyyələşdirirlər.

Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda – bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir. Biz Böyük Qayıdış Proqramını uğurla icra edirik.

Mənzər Ağabəyova,
Xəzər rayonu,
156 nömrəli tam orta məktəbin tarix müəllimi,

Oxşar Xəbərlər

Back to top button