Azərbaycan dövləti gənclərə hər zaman diqqət və qayğı göstərir

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev Dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. Ümummilli Lider bildirmişdir: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”Azərbaycan dövləti gənclərə hər zaman diqqət və qayğı göstərir. 2 fevral- Azərbaycan Gəncləri Günü xüsusi təntənə ilə qeyd olunur. Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Bu gün artıq Azərbaycan gəncliyi yerli, mərkəzi icra hakimiyyəti, təhlükəsizlik institutlarında, diplomatik korpuslarda, xaricdə fəaliyyət göstərən transmilli şirkətlərdə fəaliyyət göstərir. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 9-dək davam edən Vətən müharibəsi oldu. Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Həmrəylik, milli birlik, vahid amal uğrunda mübarizədən güc alan Azərbaycan gəncləri döyüş meydanında Ermənistanın «güclü, məğlubedilməz» ordu mifini birdəfəlik darmadağın etdi. İşğalçı düşmənə qalib gəlmək arzusu ilə yaşayan gənclər Vətənə sadiq olduqlarını təsdiq etdilər. Son 20 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əlievin gənclərə diqqət və qayğısı təsdiqlədiyi Dövlət Proqramlarından, eyni zamanda, “Gənclər İli”nin və “Könüllülər İli”nin təsis edilməsindən aydın görünür. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev tərəfindən 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalandı. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyuldu. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu.Görülən işlər, atılan uğurlu addımlar bunlarla bitmir. Daim irəliyə baxan Azərbaycanın gənclərinin də qarşısında dövrün, zamanın tələblərinə uyğun olaraq vəzifələr qoyulur. Bütün dövrün əsas çağırışı, hədəfi budur ki, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Azərbaycan vətəndaşı həyatının ən qürurverici günlərini yaşayır. İşğaldan azad edilmiş bütün ərazilərimizdə qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız dalğalanır. Soydaşlarımızın torpaq həsrətinə son qoyuldu. Böyük Qayıdışın müəllifi olan cənab İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışları ilə müşaiyət olunur. Tarixi Zəfərimiz Azərbaycan gənclərinin nə qədər vətənpərvər olduqlarını, torpaq, Vətən yolunda hər an canlarından keçməyə hazır olduqlarını nümayiş etdirdi. Onlar qəhrəmanlıqları, şücaətləri ilə özünəgüvəni artırdı, hər birimizin qürur ünvanına çevrildilər. Bu gün hər birimiz gənclərimizlə fəxr edirik. Gənclərimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək yeni-yeni hədəflərə doğru inamla addımlayır.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı