Azərbaycan dövləti bütün münaqişələrin həllində hər zaman sülhə tərəfdar olmuşdur
Qarabağ münaqişəsi 30 ilə yaxın müddət ərzində Qafqaz regionunda düyünü açılmamış məsələ kimi öz aktuallığını qorumuşdur. Azərbaycan tərəfi münaqişənin həllində sülhün tərəfdarı olsa da, Ermənistan tərəfi isə hər zaman silah gücü tətbiq edib atəşkəsi pozaraq qətiyyətsizlik nümayiş etdirmişdir. Cəbhəboyu ərazilərdə atəşkəsin pozulması, mülki əhaliyə zərər dəyməsi Ermənistan tərəfinin münaqişənin həllində maraqlı olmamasının,onların çirkin xislətinin bariz nümunəsi olmuşdur.Erməni seperatçılarının Azərbaycan ərazilərinə qarşı sonuncu həmləsi sentyabrın 26-dan 27-nə keçən gecə bütün cəbhəboyu ərazilərdə atəşkəsi pozmaqla baş tutdu. Azərbaycan Silahlı Qüvvələri də işğala birdəfəlik son qoymaq məqsədilə hücum əməliyyatlarına başladı. Ermənistan tərəfinin qarşısında ötən əsrin 90-cı illərindəki Azərbaycan yox, ordusu müasir texnikalarla təchiz edilmiş Azərbaycan var. Ermənistan tərəfi hərb meydanındakı məğlubiyyəti ört-basdır edərək Gəncə, Bərdə, Tərtər və digər cəbhəboyu ərazidə yerləşən kəndləri raket atəşinə tutdular. 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarını , BMT-nin Təhlükəsizlik şurasının qərar və qətnamələrini pozaraq Azərbaycanın mülkü əhalisini qəsdən hədəfə almaqla hərbi cinayət törətmişdir. Həmişə olduğu kimi dünyanın aparıcı dövlətləri bu cinayətlərə səssiz qaldı və əssasız şəkildə Azərbaycan tərəfinin Qarabağdakı mülkü əhalini hədəfə aldığı, Ermənistana qarşı təcavüzkar siyasət yeritdiyi iddiasını müdafiə etdilər. Azərbaycan 30 il davam edən tarixi ədalətsizliyə 2020-ci ilin 10 noyabr tarixində son qoydu. Həmin tarixdə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şərəflə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdırdı. 2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla münaqişənin hərbi mərhələsi başa çatdı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu. Bəyanatın imzalanması ilə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən işğaldan azad edildi və Azərbaycanda Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Azərbaycan dövləti bütün münaqişələrin həllində hər zaman sülhə tərəfdar olmuşdur. Qarabağ münaqişəsi 30 ilə yaxın müddət ərzində Qafqaz regionunda düyünü açılmamış məsələ kimi öz aktuallığını qorumuşdur. Azərbaycan tərəfi münaqişənin həllində sülhün tərəfdarı olsa da, Ermənistan tərəfi isə hər zaman silah gücü tətbiq edib atəşkəsi pozaraq qətiyyətsizlik nümayiş etdirmişdir. Cəbhəboyu ərazilərdə atəşkəsin pozulması, mülki əhaliyə zərər dəyməsi Ermənistan tərəfinin münaqişənin həllində maraqlı olmamasının,onların çirkin xislətinin bariz nümunəsi olmuşdur.Erməni seperatçılarının Azərbaycan ərazilərinə qarşı sonuncu həmləsi sentyabrın 26-dan 27-nə keçən gecə bütün cəbhəboyu ərazilərdə atəşkəsi pozmaqla baş tutdu. Azərbaycan Silahlı Qüvvələri də işğala birdəfəlik son qoymaq məqsədilə hücum əməliyyatlarına başladı. Ermənistan tərəfinin qarşısında ötən əsrin 90-cı illərindəki Azərbaycan yox, ordusu müasir texnikalarla təchiz edilmiş Azərbaycan var. Ermənistan tərəfi hərb meydanındakı məğlubiyyəti ört-basdır edərək Gəncə, Bərdə, Tərtər və digər cəbhəboyu ərazidə yerləşən kəndləri raket atəşinə tutdular. 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların əlavə protokollarını , BMT-nin Təhlükəsizlik şurasının qərar və qətnamələrini pozaraq Azərbaycanın mülkü əhalisini qəsdən hədəfə almaqla hərbi cinayət törətmişdir. Həmişə olduğu kimi dünyanın aparıcı dövlətləri bu cinayətlərə səssiz qaldı və əssasız şəkildə Azərbaycan tərəfinin Qarabağdakı mülkü əhalini hədəfə aldığı, Ermənistana qarşı təcavüzkar siyasət yeritdiyi iddiasını müdafiə etdilər. Azərbaycan 30 il davam edən tarixi ədalətsizliyə 2020-ci ilin 10 noyabr tarixində son qoydu. Həmin tarixdə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şərəflə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdırdı. 2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla münaqişənin hərbi mərhələsi başa çatdı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu. Bəyanatın imzalanması ilə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən işğaldan azad edildi və Azərbaycanda Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. 10 noyabr Bəyanatının imzalanması ilə ölkəmizin əldə etdiyi ən önəmli siyasi uğurlardan biri Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına razılıq əldə olunması və bu məsələ ilə bağlı müvafiq Komissiyaların yaradılması oldu. Və əlbəttə ki, Bəyanatın ölkəmizə verdiyi ən böyük üstünlüklərdən biri də sonrakı illərdə imzalanmış digər bəyanat və razılaşmalarda Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktının təsbit olunmasıdır.
Kərimov Qara,
YAP-ın fəalı