Analitika

Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarı on minlərlə Azərbaycan hərbiçiləridir

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində zəfəri ilə Azərbaycan xalqına qələbə sevinci yaşatdı. Ordumuz tarix yazdı, dövlətçiliyimizi, irsimizi, öz şücaətləri ilə zənginləşdirdilər. Bu qələbə xalqımızın mübarizliyinin, vətənpərvərliyin, əzminin nümunəsinə çevrildi. İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam zəfəri ilə nəticələndi. Üç il bundan əvvəl Qarabağın tacı sayılan Şuşa şəhəri işğalçılardan azad edildi və düşən ordusu təslim olub ağ bayraq qaldırdı.

Ölkəmiz Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində apardığı müdrik daxili və xarici siyasət nəticəsində İkinci Qarabağ – Vətən müharibəsində müzəffər ordumuzun qələbəsi dünya hərb tarixində qızıl hərflərlə yazıldı.
Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biri hesab edilir. Uzun illərdir tarixi ədalətin bərpa olunacağı və doğma yurd-yuvalarına, torpaqlarına qovuşacağı günü səbirsizliklə gözləyən xalqımız Vətən müharibəsi günlərində Ali Baş Komandanın ətrafında sıx birləşərək “Dəmir Yumruq”olduq, milli birlik nümayiş etdirdik.

Torpaqlarımızın 30 il Erməni işğalçıları və terror qruplaşmaları tərəfindən viran edilməsi, qələbəmizin üç ili tamam olmasına baxmayaraq Ermənistanın terroru dəstəkləyən bir dövlət olduğunu bütün dünyaya qəbul etdirmək heç də asan məsələ deyildi. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ciddi səyləri nəticəsində artıq bu həqiqətlər bir çox xarici dövlətlər tərəfindən qəbul olunub. Erməni xalqı özlərini, ətraflarında xarici tərəfdaşlarını da inandırmağa çalışırdılar ki, onların güclü ordusu, güclü himayədarları var və onlar əbədi olaraq Azərbaycan torpaqlarını işğal altında saxlayacaqlar.Artıq müstəqil Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarı on minlərlə Azərbaycan hərbiçiləridir.

Müzəffər ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr tariximizə tariximizə Zəfər günü kimi yazıldı. “Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın.”- İlham Əliyev

Leyla Fətəliyeva,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button