Gündəm

Azərbaycan Dövlət İqtisad Universitetində “Bərabər İnkişaf Naminə” növbəti faydalı tədbir keçirildi

Azərbaycanın 2024- cü ildə COP 29-Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına sədrliyi qlobal iqlim problemlərin həllinə töhfə verəcək mühüm bir hadisədir.

Bu il iqlim dəyişikliyi ilə mübarizə sahəsində dünyada atılan səylərin önündə gedən ölkə kimi Azərbaycan təklif etdiyi innovativ həlli yolları qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizə ilə paralel ölkəmizin qlobal nüfuzunu artırır. COP 29-Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının fəaliyyəti həm də Qlobal Şimal və Cənub arasında körpü rolunu oynamaqdadır.

Yuxarıda söz açdığımız mövzuların müzakirəsi üçün “Bərabər İnkişaf Naminə” Koalisiyanın təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində növbəti faydalı tədbir keçirildi.

UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının alimləri ilə birgə müzakirə “Azərbaycanın COP 29-Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına sədrliyi qlobal Şimal və Cənub arasında körpüdür” təqdimatı ilə həyata keçirilmişdir.

Müzakirəni “Bərabər İnkişaf Naminə” Koalisiyanın rəhbəri i.e.d.Təranə Kərimova çıxışında “ Azərbaycanın COP 29- a sədrliyi ətraf mühitin qorunması və biomüxtəlifliyin saxlanılması sahəsində qlobal səyləri birləşdirəcək” fikirləri ilə açdı.

Bu isə Qlobal Şimal və Cənub ölkələri arasında ekoloji balansın təmin edilməsinə yardımçı olacaq.”

“Bərabər İnkişaf Naminə “ Koalisiyanın fəal üzvü, iqtisad elmləri üzrə fəlsəfə doktoru,”Vətəndaşların sosial rifahının güclənməsinə dəstək “ ictimai birliyinin təsisçisi Aygün Səmədova bu gün Azərbaycanın COP 29- a sədrliyinin əhəmiyyətindən və bu xüsusda qarşıya qoyulan hədəflərdən danışdı.

Gənc alim çıxışında COP 29- un Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı mübarizə sahəsində liderlik edəcəyini və beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq sərgiləyəcəyini qeyd edərək,Qlobal Şimal və Cənub ölkələri üçün enerji təhlükəsizliyinin təmin edilməsində və karbon emissiyalarını azaltmağa kömək edəcəyini söylədi.

Dəyirmi masa maraqlı müzakirələrlə davam etdi.

Oxşar Xəbərlər

Back to top button