AnalitikaGündəmSiyasət

Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi

Dil hər bir xalqın milli kimliyini, tarixini, mədəniyyətini və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətdir. Ana dili millətin varlığını qoruyan, onu gələcək nəsillərə bağlayan müqəddəs bir körpüdür. Azərbaycan dili də əsrlər boyu xalqımızın zəngin mədəniyyətini, adət-ənənələrini və dövlətçilik tarixini yaşadaraq bu günümüzə qədər gəlib çatmışdır.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi diqqət yetirmişdir. Onun təşəbbüsü ilə Azərbaycan dili dövlət dili kimi daha da möhkəmləndirilmiş, dilimizin saflığının qorunması istiqamətində mühüm addımlar atılmışdır. 2001-ci il 9 avqust tarixində imzaladığı Fərmanla hər il 1 avqust tarixinin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması təsis edilmişdir.

Bu günün qeyd olunmasının əsas məqsədi latın qrafikalı Azərbaycan əlifbasının tətbiqini daha da möhkəmləndirmək, ana dilimizin zənginliyini təbliğ etmək, gənc nəslin dövlət dilinə hörmət və sevgisini artırmaqdır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə də Azərbaycan dilinin inkişafı, saflığının qorunması, elektron mühitdə düzgün istifadəsi və dünya miqyasında təbliği istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir.

Ana dilimizi sevmək, onu düzgün öyrənmək və qorumaq hər birimizin mənəvi borcudur. Gündəlik həyatımızda, təhsildə, iş fəaliyyətimizdə və sosial mediada Azərbaycan dilinin normalarına riayət etməli, dilimizin saflığını qorumalıyıq. Çünki dilini qoruyan xalq öz milli kimliyini və dövlətçiliyini də qoruyur.

Ləman Cəlilova,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru

Oxşar Xəbərlər

Back to top button