Azərbaycan demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir
Prezident İlham Əliyev vurğulayıb ki, Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər Azərbaycanda ümumi enerji potensialı 2 qiqavata bərabər olan 9 günəş və külək elektrik stansiyası istismara veriləcəkdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədər olacaqdır. Bu gün Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul ediblər. 2027-ci ilə qədər ölkəmizdən Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq nəzərdə tutulub. Hazırda Avropada təbii qaza – yeni mənbələrdən olan qaza tələbat artır. Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb, onun ilbəil artırılması nəzərdə tutulub. Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad edib və keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. “Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik” Hazırda Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlanılıb. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi qaytarılıb. Artıq Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırıb, burada yerləşdirilən silahlı qüvvələr öz əvəlki dislokasiya yerlərinə geri dönüblər. oxsa Avropa Parlamentinə və ABŞ Dövlət Departamentinə nə düşüb ki, dünyada tüğyan edən islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud şəkildə pozulmasından, demokratiyadan əsər-əlamət qalmayan Avropada, ABŞ-da hökm sürən xaosdan və sair kimi çoxsaylı problemlərdən söz açmaq əvəzinə, Ermənistanın sayəsində Cənubi Qafqazda möhkəmlənmək istəyən, sülh danışıqlarına əngəl törədən Fransa prezidenti Makronun “dirijorluğu” ilə Azərbaycanla bağlı bədxah qətnamələr və hesabatlar qəbul etsinlər? Ölkəmizə ağıl verməyə çalışsınlar? Özü də həm Avropa Parlamentinin qəbul etdiyi qətnamə, həm də ABŞ Dövlət Departamentinə hesabatı demək olar ki, eyni notlar üzərində köklənib. Bu da onların rəsmi Bakıya qarşı eyni cəbhədən çıxış etmələrini bir daha təsdiq edir. Bu mənada əminliklə söyləmək olar ki, bu qurumlar eyni medalın üzləridir. Yəni, onların ikisi də anti-Azərbaycan mövqedə dayanan, Fransadan istiqamətləndirilən, proqramlaşdırılan, erməni lobbisi tərəfindən maliyyələşdirilən subyektlərdir. Həmin “sənədlər”də yer alan əsassız iddialara gəlincə, Azərbaycan insan hüquqlarının və azadlıqların qorunması istiqamətində beynəlxalq hüquq normaları çərçivəsində ardıcıl tədbirlər həyata keçirir. Ölkəmizdə demokratik institutların qurulması, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir. Bu qurumlar elə düşünürlər ki, bu kimi qətnamə və hesabatlarla bölgənin güclü oyunçusuna çevrilən Azərbaycana təsir edə biləcəklər. Amma hadisələrin gedişatı göstərir ki, onların bu kimi cəhdləri xam xəyal olaraq qalacaqdır.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı