Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır
Azərbaycan Çinlə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə davamlı əməkdaşlıq edir. Azərbaycanın “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman vurğulayırlar. “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycanın bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşulub və mövcud olmayan infrastruktura investisiya yatırmağa başlanılıb. Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa edib. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və onu 25 milyon tona qədər artırılacaq. Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa olunub. Əsasən də dəmir yolu infrastrukturuna investisiya yatırılıb və bunu təkcə Azərbaycanda yox, regionda da edilib . İndi isə bu dəmir yolu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırılmalıdır.
Azərbaycan–Çin münasibətləri müxtəlif sahələrdə durmadan inkişaf edir. Beynəlxalq Təşkilatlar çərçivəsində iki ölkə arasında ugurlu əməkdaşlıgın həyata keçirilməsi, iqtisadi, siyasi, mədəni əlaqələrin güclənməsinə zəmin yaradır. Çin tərəfi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına tezliklə daxil olmasını dəstəkləyir və əmindir ki, bu ÜTT-nin universallıq və təmsilçiliyinin möhkəmlənməsinə və həmin çoxtərəfli ticarət mexanizminin nüfuzunun artmasına xidmət edəcək, həmçinin Tərəflər arasında ümumi qaydalar əsasında əməkdaşlığa yardım edəcəkdir. Təbii olaraq, Azərbaycan Çində daha çox neft ölkəsi kimi tanınır. Bu stereotipi qırmaq və ölkəmizin qeyri-neft sektoruna aid məhsullarını burada tanıtmaq böyük əmək tələb edir. Nəzərə almaq lazımdır ki, Çin istehlakçılarının məhsul seçimi ilə bağlı özünəməxsus yanaşması var. Onlar idxal olunmuş məhsulu istehsalçı ölkə ilə əlaqələndirməyi sevirlər. Hər bir məhsulun arxasında həmin ölkənin bir ənənəsi və ya formalaşmış bir hekayəsi durur. Çinli istehlakçılar Azərbaycanın qida və içki məhsullarını bəyənirlər. Bu məhsullar arasında şərab, nar şirəsi, brendi, araq, nar şərabı, mineral su, kompot, çay, zeytun yağı, turşu və mürəbbə kimi məhsulları qeyd etmək olar. TN Aparatının səyləri nəticəsində son illər ölkəmizdən Çinə ixrac edilən emal olunmuş kənd təsərüfatı məhsullarının çeşidliyi artırılıb və bu məhsullarımız ölkənin bir sıra şəhərlərində yerləşən market şəbəkələrində satışdadır.
Hal-hazırda Azərbaycan–Çin mədəni əməkdaşlığının səmərəli bir dövrü yaşanmaqdadır. Ölkələrimiz arasında dostluğun, yaxın münasibətlərin daha da inkişaf etməsi üçün mədəni əməkdaşlıgın imkanları daha da genişləndirilməlidir.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı