Analitika

Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır

Cari ayın 19-cu günündə Davosda baş tutan Dünya İqtisadi forumu  və cənab prezidentin oraya dəvət alıb iştirak etməsi ölkəmizin iqtisadiyyatında mühüm yer tutmasına işarə idi.

Son on ildə Azərbaycanın Davos İqtisadi Foumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. Prezident İlham Əliyev ilk dəfə 2007-ci ilin yanvarında “Güclərin qlobal balansının yerdəyişməsi” devizi altında “Neft geosiyasətinin artan əhəmiyyəti” mövzusunda keçirilən Forumda iştirak etmişdir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu yüksək dəyərləndirilərək, bu inam ifadə olunmuşdur ki, BTC və BTƏ neft-qaz kəmərlərinin stimul verdiyi digər layihələr qarşıdakı illərdə ölkəmizin bu rolunu daha da artıracaq. Forumlarda “Energetika sənayesində günəş enerjisinin rolu”, “Neft-qaz geosiyasəti: yeni sərhədlər” və s. kimi mövzularda müzakirələr digər dövlətlərlə yanaşı, Azərbaycanın da malik olduğu imkanların təqdimatına öz töhfəsini verib.

Bütünlükdə dünyada, Avropada hələ də sıxıntısı duyulan iqtisadi böhrandan xilas olmağın yollarını arayan dövlət başçılarının fərdi görüşlərində aparılan danışıqlar bir daha göstərir ki, böhranlı vəziyyətdən çıxmağın yeganə yolu qlobal əməkdaşlığı genişləndirmək, qarşılıqlı etimad və inama güvənməkdir. Ənənəvi Davos Forumunu keçirməkdə məqsəd budur ki, bütün diqqətlər belə bir fakta yönəlsin ki, dünyada ən qlobal problemlərin həlli, sülh və siyasi sabitliyə nail olmağın yeganə yolu regional və beynəlxalq əməkdaşlığı genişləndirməkdir. Keçirilən hər bir Forumda ötən il müzakirə olunan məsələlərin nəticələrinə əsasən yeni prioritetlər müəyyənləşdirilir.

Bu ilki Forum Azərbaycana, dövlət başçısı İlham Əliyevə hörmətin və rəğbətin daha da artdığını nümayiş etdirdi. Qeyd edək ki, bu, Prezident İlham Əliyevin İsveçrəyə 19-cu səfəri idi. Dövlət başçısı 15 dəfədir ki, Davos Dünya İqtisadi Forumunda iştirak edir.  Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Davos Forumunda iştirakı hər zaman çoxsaylı yüksək səviyyəli görüşlərlə yadda qalır. Bu dəfəki Forum da istisna olmadı. Bu görüşlərin təşəbbüskarları bir qayda olaraq qarşı tərəflər oldu. Bu, bir tərəfdən Prezident İlham Əliyevin şəxsiyyətinə hörmətin və rəğbətin göstəricisi, digər tərəfdən isə ölkəmizdə xarici investisiyalar üçün yaradılmış münbit şəraitin  sübutudur. Azərbaycanın iqtisadi tərəfdaşlarının sayının artması da bunun göstəricisidir.

Azərbaycanın xarici investisiyalara birbaşa açıq olması və bu istiqamətdə ölkəmizin cəlbediciliyi Davos Forumu çərçivəsində aparılan müzakirələrdə xüsusi qeyd edildi: “İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində qlobal əhəmiyyətli layihələrin icrası ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir. Azərbaycanda tranzit potensialının reallaşdırılması istiqamətində də mühüm layihələr icra edilir və nəticələr göz önündədir. Hazırda iqtisadi siyasətin prioritetləri iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafıdır. Reallıq budur ki, əldə etdiyimiz real uğurlarla yanaşı, çağırışlarla da üzləşirik. Azərbaycan bütün çağırışları yüksək səviyyədə cavablandırmaq üzün səylərini artırır, əməkdaşlıq əlaqələrinin coğrafiyasını daha da genişləndirir.

İslam Bafadarov,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button