Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istər xarici səfərlərində, istərsə də, ölkə daxilində iştirak etdiyi müxtəlif tədbirlərdə mediya nümayəndələri ilə görüşür, onlara verdiyi müsahibələrdə ölkəmizdəki sosial-iqtisadi vəziyyət, aparılan genişmiqyaslı işlər, ölkəmizin apardığı siyasət, başlıcası isə Ermənistanla mövcud siyasi vəziyyət, Qarabağda aparılan quruculuq işləri və əhalinin sosial durumunu yaxşılaşdırmaq üçün həyata keçirilən islahatlardan geniş surətdə bəhs edir. Bu müsahibələr ölkəmizin daxili və xarici siyasətinin hansı müstəvi üzərində qurulduğunu bəyan edir.
Aprelin 18-də Salyanda olarkən verdiyi müsahibə də istisna deyil. Prezident İlham Əliyev verdiyi müsahibədə regionların 2004-cü ildən başlamış sosial iqtisadi inkişafı proqramının üç mərhələsinin uğurla tamamlandığını, artiq dördüncü mərhələnin də həyata keçirilməyə başladığını və bu proqramların həyata keçirilməsi ilə bütün regionların yeni inkişaf mərhələsinə qədəm qoyuğunu bildirmişdir. Ölkənin hər yerində geniş miqyasda quruculuq və inkişaf prosesləri aparılmış və bu gün də bu işlər davam etdirilir.
Ölkədə aparılan bütün işlər insanların rifah halının daha da yaxşılaşdırılmasına və ölkənin inkişaf etdirilməsinə xidmət edir. Ölkədə yeni infrastruktur obyektlərinin qurulması həm xalqın rahatlığını təmin edir, həm də yeni texnologiyaları tətbiq etməklə idarəçilik işlərini təkmilləşdirir. Salyanda açılan ölkədə sayca 25-ci olan “Asan xidmət” xalqın rifah halının daha da yaxşılaşmasını, bürokratizm,süründürməçilik və korrupsiya kimi neqativ halların qarşısını alır. Ölkəmizdə tətbiq edilən “Asan xidmət” beynəlxalq aləmdə də rəğbətlə qarşılanmış və bir neçə ölkə bu sistemdən istifadə etməyə başlamışdır. Bu xidmətin əsas məqsədi vətəndaş müraciətlərini vaxtında qəbul etmək və tez bir zamanda da həll etməkdir. Artıq 10 il ərzində bu sistemə 61 milyon müraciət daxil olmuşdur ki, bu da sistemin səmərəliliyini əyani şəkildə sübut edir.
Azərbaycan dinamik inkişaf mərhələsində böyük işlərin görüldüyü bir ölkədir. Regionlarda tikilən Olimpiya İdman Kompleksləri, müasir tibb mərkəzləri, müasir tələblərə cavab verən yeni məktəblər, rəqəmsal texnologiyaların həyatın bütün mərhələlərinə qədəm qoyması, yeni iş yerlərinin açılması ilə ölkədə işsizliyin minimum səviyyəyə çatdırılması üçün atılan addımlar bu inkişaf mərhələsindən xəbər verir.
Ölkəmizdə aparılan geniş quruculuq işlərindən danışarkən, Prezident İlham Əliyev Qarabağda aparılan geniş bərpa və quruculuq işlərindən, orada planlaşdırılıb həyata keçirilən nəhəng tikinti işləreindən danışmış və ölkənin əsas məqsədinin Qarabağın yenidən dirçəldilməsi və oradan zorla qovulmuş ailələrin tezliklə öz dədə-baba yurdlarına qayıtması olduğunu bir daha bildirmişdir. Prezident 30 mil ərzində erməni işğalçıların Qarabağda daşı daş üstündə qoymadıqlarını, bu əraziləri xarabalığa çevirdiklərini bir daha bildirmiş və tezliklə Qarabağın ölkəmizin dilbər guşəsinə çevriləcəyini, burada da həyatın qaynayacağını və buranın ölkəmizin inkişafına öz töhvələrini verəcəyini bəyan etmişdir. Artıq Qarabağın Ağalı və Talış kəndlərində köçkünlər yaşayır və bütün köçkünlərin tezliklə öz yurdlarına qayıtması üçün geniş miqyaslı işlər aparılır, xəstəxanalar, doğum evləri məktəblər, elektrik stansiyaları tikilir, müasir yollar inşa edilir. Prezident qürur hissi ilə qeyd etmişdir ki, bu quruculuq işlərində xarici şirkətlər də, o cümlədən türk şirkətrləri də yaxından iştirak edirlər. Artıq Qarabağda iki uğurlu layihə həyata keçirililb və başqa layihələrin də tezliklə həyata keçirilməsi təmin edilməkdədir. Bu layihələr bütün dünyaya göstərir ki, Qarabağın siması necə olacaqdır. Hal-hazırda Ağdam, Füzuli, Zəngilanda yaşayış binalarının tikintisi sürətlə davam etdirilir, Şuşa, Laçın şəhərlərində yeni binaların tikintisinə hazırlıq işləri aparılır.
Prezident qeyd etmişdir ki, cari ilin üç ayında əldə edilən naaliyyətlər imkan verir ki, büdcəyə əlavə vəsaitlərin yığılması təmin edilsin. Bu vəsaitlər birinci növbədə Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə ayrılacaq. Vəsaitin bir hissəsi ordu quruculuğuna sərf ediləcəkdir. Çünki müstəqil dövlətin güclü mə müasir ordusu olmalıdır. Azərbaycanda da bu istiqamətdə geniş işlər yerinə yetirilir. Vəsaitin bir hissəsi isə əhalinin rifah halının artırılmasına, insanların yaxşı yaşamasının təmin edilməsinə sərf olunacaqdır. Büdcəyə təxminən 3 milyard manat əlavə vəsaitin daxil olması proqnozlaşdırılır ki, bu vəsait vdə ölkənin inkişafına sərf ediləcəkdir.
Prezident İlham Əliyev bu müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinə, tarixi qələbəmizdən keçən iki il yarım ərzində aparılan sülh danışıqlarından Ermənistan seperatçılarının ölkəmizə qarşı törətdiyi terror hərəkətlərindən də danışaraq bildirmişdir ki, nə olur, olsun, Azərbaycan öz mövqeyindən dönməyəcək, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına, burada möhkəm sülhün yaradılmasına nail olacaqdır. Prezident qeyd etmişdir ki, son dövrlərdə Ermənistanda yenidən revanşist qüvvələr baş qaldırmış və Azərbaycana qarşı təxribat və terror hadisələri qeydə alınmışdır. Bu qüvvələr ordumuzun səyi ilə susdurulmuş, Azərbaycan bir daha öz hərbi potensialını nümayiş etdirmişdir.
Azərbaycanın danışıqlar prosesində irəli sürdüyü təşəbbüslər bu gün başklıca amildir və dünya dövlətləri tərəfindən dəstəklənir. Azərbaycan tezliklə sülh müqaviləsinin hazırlanıb imzalanmasını təklif etmişdir ki, bu müqavilə də beynəlxalq normalara və hüquqa əsaslanan beş prinsip əsasında qurulmuşdur. Biz heç vaxt bu prinsiplərdən imtina etməyəcəyik və bu istiqamətdə səylərimizi davam etdirəcəyik.
Əslində Ermənistan tərəfi də bu prinsiplərlə razıdır və onları qəbul edir. Ermənistan 2022-ci ilin oktyabr ayında keçirilən Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü qəbvul etmişdir. Ermənistan üçün sülh müqaviləsinin başqa variantı yoxdur və bizim əsas məqsədimiz tezliklə sülh müqaviləsi bağlayaraq Qarabağda quruculuq işlərini daha da sürətləndirməkdir.
Prezident son dövrlərdə baş verən hadisələrə,xüsusən Yerevanda təşkil olunan ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılmasına, nəticəsdə Azərbaycan idmançılarının yarışı tərk etməsinə də münasibət bildirmişdir. Bu hadisəni erməni seperatçılarının növbəti təxribatı adlandırmış və bu halların Azərbaycanın mövqeyinə heç bir təsir etməyəcəyini bildirmişdir. Erməni seperatçıları bilməlidirlər ki, Azərbaycan öz sərhədlərini qoruyub saxlayacaq və heç bir kənar qüvvə Azərbaycana təsir göstərə bilməz. Türk idmançılarının Yerevandakı möhtəşəm qələbəsi isə Azərbaycan bayrağının yandırılmasına cavab idi. Türk idmançılarının qələbəni Azərbaycana həsr etdiklərini bildirmələri isə Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi oldu.
Prezident İlham Əliyevin Salyanda mətbuata verdiyi açıqlama ölkəmizin dinamik inkişafı, yeritdiyi dönməz siyasəti və Qarabağda aparılanquruculuq işlərinin gündən-günə vüsət alması barədə, ölkəmizin Ermənistanla münasibətlərdə, sülh müqaviləsinin şərtlərində dönməzliyi barədə beynəlxalq aləmə bir mesaj rolunu oynayır və ölkəmizin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün hər cür qüvvəyə malik olduğunu ifadə edir.
Əliyev Akif,
119 nömrəli tam orta məktəbin müəllimi



