Analitika

Azərbaycan beynəlxalq müstəvidə güclü və öz sözünü demiş bir dövlət kimi tanınır.

Respublikamızın inkişafının, əldə etdiyi uğurların mərkəzində isə düşünülmüş, bütün dünya tərəfindən rəğbət görən daxili və xarici siyasət dayanır. Ölkəmiz xarici siyasi müstəvidəki əlaqələrini, eyni zamanda siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü təyin edir. Cənab Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, Azərbaycan bu gün nəinki Qafqazda, o cümlədən dünya miqyasında etibarlı tərəfdaş, özü sözünə sadiq qonşu, ləyaqətli ölkə kimi özünü təqdim edib.Təsadüfi deyil ki, bütün Qafqaz geosiyasi məkanında öncül dövlət kimi çıxış edən ölkəmiz xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər çərçivəsində, həm də uğurlu xarici əlaqələr işığında yerləşdiyi bölgənin inkişafına dəyərli töhfələr verir. Azərbaycanın fəal xarici siyasəti, həmçinin davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir.Daha dəqiq desək, regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Paytaxt Bakının bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir.Yeri gəlmişkən, ölkəmizin daxili və xarici siyasətdə əldə etdiyi uğurları beynəlxalq səviyyəli nüfuzlu şəxslər, ayrı-ayrı dövlətlərin nümayəndələri də vurğulayırlar. Azərbaycanın iqtisadi inkişaf strategiyasının arxasında qətiyyətli və müstəqil siyasi iradə dayanır. Heç şübhəsiz ki, dəyişən, yeni iqtisadi və siyasi münasibətlərin formalaşdığı dünyada ölkəmizə göstərilən maraq zaman ötdükcə daha da artacaq və Azərbaycan daha şox beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Ola bilsin ki, güclü Azərbaycan faktoru kimlərinsə marağında olmadığı üçün qıcıqla qarşılansın və bu səbəbdən növbəti  təzyiqlərlə üzləşək. Lakin qardaş və dost ölkələrlə, mütərəqqi dünya ilə bir cərgədə addımlayan müstəqil Azərbaycan onların da öhdəsindən mütləq gələcək!

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button