Azərbaycan Avropanın enerji təchizatını alternativ mənbələrlə şaxələndirən ölkədir
Azərbaycan Respublikasında ötən əsrin 90-cı illərinin ortalarından etibarən həyata keçirilən iqtisadi islahatların müsbət nəticələri getdikcə daha çox hiss olunur, ölkəmiz dünyanın ən sabit və davamlı inkişaf edən dövlətinə çevrilir. Son illər Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf konsepsiyası ölkəmizin enerji sektorunda da islahatların həyata keçirilməsinə start verdi. Dövlət başçısının müasir tarixi şəraitə uyğun olaraq, yaradıcılıqla davam etdirdiyi məqsədyönlü və çevik sosial-iqtisadi islahatlar ölkəmizdə köklü dəyişikliklərə səbəb olmuşdur. Həyatımızın bütün sahələrini əhatə edən quruculuq və abadlıq işləri respublikamızın hər yerində güclü inkişafa şərait yaratmış, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmış, bölgədə lider dövlətə çevirmişdir.
Ölkə iqtisadiyyatının və əhalinin enerji resurslarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək yanacaq-enerji kompleksinin qarşısında duran əsas vəzifədir. Milli təhlükəsizliyin tərkib hissəsi kimi enerji təhlükəsizliyinin bütün dövrlər üçün təmin edilməsi bu gün hər bir dövlətin başlıca vəzifəsi olaraq görünür. Əminliklə deyə bilərik ki, Azərbaycan enerji təhlükəsizliyinin həllinə təkcə neft-qaz resursları çərçivəsində deyil, elektrik enerjisi təminatı səviyyəsində də tam nail olmuşdur. Dövlətin enerji təhlükəsizliyi məsələsinə elə öz imkanları müstəvisində belə çoxşaxəli yanaşma Azərbaycanın enerjinin hər hansı bir növündən asılılığı təhlükəsini aradan qaldırır. Ölkə iqtisadiyyatının və əhalinin enerji təminatının həm bu gün, həm də gələcək üçün etibarlılığını təmin edir. Ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülmüş tədbirlər, aparılmış islahatlar elektrik enerjisinə tələbatını tam ödəməklə, Azərbaycanın həm də elektrik enerjisi ixracatçısı kimi potensialını gücləndirmişdir.
Dahi şəxsiyyətin müəyyənləşdirdiyi strateji kursu bu gün uğurla həyata keçirən Prezident İlham Əliyevin respublikamızın enerji təhlükəsizliyinin təminatındakı xidmətləri isə göz önündədir. Son illər ərzində ölkəmizin enerji siyasətində atdığı addımlar və əldə olunan nailiyətlər bunun bariz sübutudur. Bu baxımdan Mingəçevir şəhərində müstəqillik dövrünun ən böyük İstlik Elektirik stansiyasının təməlinin qoyulması da Azərbaycanın gələcək enerji potensialını böyük dərəcədə güclənməsinə, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu gün ölkəmiz Avropanın ən etibarlı enerji təminatçısıdır. Bütün bunlar isə dövlət başçısının gərgin əməyi, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində reallaşıb.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı