Analitika

Azərbaycan Avropada güclü dövlətlər sırasındadır

Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

Qeyd edək ki, bu təkcə Azərbaycanın zəngin enerji resursları ilə bağlı deyil. Azərbaycan İtaliyaya neft-qaz ixrac edir və qarşıdakı illərdə bu daha da çoxalacaq. Yalnız məsələ ondadır ki, İtaliya Azərbaycanın etibarlı strateji tərəfdaş olmağına ciddi önəm verir. Bunu şərtləndirən sübut odur ki, Azərbaycan istənilən layihədə üzərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirir. Azərbaycanla İtaliya arasında ticarət dövriyəsi 7 milyard dollara yaxındır. İtaliya şirkətləri neft-qaz sektoruna böyük həcmdə vəsait qoyublar, işğaldan azad olunan rayonlarda bir sıra layihələr həyata keçirirlər.

Artıq keçmişdə qalmış Qarabağ münaqişənin həlli ilə bağlı ədalətli mövqe sərgiləyən İtaliyanın 44 günlük Vətən müharibəsi dövründə ortaya qoyduğu işlər ölkəmizdə yüksək qiymətləndirilmişdir. Müharibə zamanı Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyən İtaliya şirkətləri hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında və inkişafında fəal iştirak edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin deyil, böyük coğrafiyanın maraqlarını təmin edir.

Beləliklə, neftin və təbii qazın ardınca Azərbaycan elekrtik enerjisinin də ixracatçısına çevrilmək yolunda ciddi addımlar atır. Bu baxımdan təməli qoyulan yeni istilik elektrik stansiyası Azərbaycanın qlobal enerji bazarlarında iştirakını daha da gücləndirəcək. Ötən vaxt ərzində tariximizdə yeni uğurlara imza atırıq. Azərbaycanın müstəqillik  dövrünün ən böyük İES-nin təməlinin qoyulması bunu təsdiq edir.

“Azərenerji” son iki il ərzində mövcud stansiyaların generasiya güclərinin bərpası barədə yeni layihə təqdim edib. “Reabilitasiya proqramı”nın icrası generasiya güclərini artırmaq üçün yeni imkanlar yaradır.

Hazırda “Azərenerji” tərəfindən Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında həyata keçirilən bərpa işləri uğurla tamamlanmaq üzrədir. Ümumilikdə, görülən işlər nəticəsində istismar müddətini bitirən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının ömrü ən azı 20 il uzadılıb, etibarlıq, dayanıqlılıq, səmərəlilik və təhlükəsizlik yüksək səviyyədə təmin edilib. Yeni sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarət olmaqla, ilkin mərhələdə 21 elektrik stansiyasını və 70 yarımstansiyanı təşkil edəcək. Artıq yeni SCADA sisteminə qoşulacaq enerji yerlərində müvafiq işlər aparılıb, həmçinin, yeni avadanlıqların yerləşəcəyi yerlərin otaqların təmir-bərpa işləri yekunlaşdırılıb.

Mürsəl Bəkirli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button