Analitika

Azad edilmiş torpaqlarda elektroenergetika sahəsinin yenidən qurulması

Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və ordumuzun gücü sayəsində torpaqlarımız 44 gün Vətən müharibəsindən sonra işğaldan azad edilib. Bu ərazilərin dirçəldilməsi üçün geniş miqyaslı bərpa işlərinə başlanılıbki, bunada energertika sahəsində olan quruculuq işləri də əyani sübutdur. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə ilk günlərdən xüsusi əhəmiyyət verilir. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və digər azad edilmiş torpaqlarda bərpa edilən 20 MVt gücündə su elektrik stansiyaları artıq istismara verilib. 110 kV-luq elektrik şəbəkənin qurulması ilə əlaqədar işlər isə ümumilikdə. 2-si yenidən qurulmaqla 11 yarımstansiya və onları əlaqələndirən 110 kV-luq xətlərin tikintisini əhatə edir. Xüsusilə mürəkkəb relyef və hava şəraitində cəmi bir neçə ay ərzində yüksək peşəkarlıq və zəhmət hesabına yarımstansiyaların ərsəyə gəlməsi Azərbaycan müasir energetika tarixinin əlamətdar hadisələrindəndir. Ümumilikdə, işğaldan azad olunmuş 400 km dən çox müxtəlif gərginlikli hava və kabel xətləri çəkilib, bərpa edilib, xeyli sayda transformatorlar quraşdırılıb.

Bütün bunlar xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji kursu, Azərbaycan Reaspublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin energetika sektorunda əldə etdiyi nəticələrin müəyyən bir hissəsidir.

Xaliq Malıyev,
Şağan Reabilitasiya Pansionatı

Oxşar Xəbərlər

Back to top button