Analitika

Avropa Şurası Parlament Assambleyasının qərəzli davranışı, bu qurumun fəaliyyətinin məntiqi yekunudur

2001-ci ildə sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst islamafob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı istifadə ediblər.

Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa parlamentinə düşə bilməyən islamafob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalına qarşı heç bir tədbir görməyib yalnız ara sıra bəyanat və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.

AŞPA 23 oktyabr 2023-cü il tarixində Dağlq Qarabağda humanitar vəziyyət adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat Azərbaycanı təhdid edərək 19 sentyabrda baş tutan lokal xarakterli antiterror əməliyyatlarını, hərbi əməliyyat kimi qiymətləndirərək Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyətindən -ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətini etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaq ilə hədələyib. Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında 100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib. Qalmaqallı təşəbbüs formal olaraq Almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsi ilə reallaşdırmağa çalışır. Səbəb Fransanın xari-ci siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adı çəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. Fransa Azərbaycana qarşı bu qurumdan istifadə edir və ölkəmizə təzyiq göstərir. AŞPA nın davranışı Fransanın ölkəmizə qarşı kompaniyasının davamıdır. Qərbdəki antiazərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Avropa İnsan Hüquqları məhkəməsi qərbin beşin-ci kalonunu müdafiə edir. AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini ermənistan məğlubiyyətini tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir.

2023-cü il aprelin 23-də AR tərəfindən ölkəmizin suveren ərazilərində ermənistan ilə sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd–buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd buraxılış məntəqəsinin ləğv edilməsini dolayısı ilə ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə silah mina eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib. 2023-cü ildə AŞPA ölkəmizə 3 dəfə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. 2023-cü ildə AŞPA nın missiyalarının Azərbaycana səfər cəhdləri yalnız ermənilərlə bağlı olub və təşkilatın pirioritet məsələsini erməni hüquqları təşkil edib. AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrini mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşaət etməyə dəvət edilməməsi ölkədə siyasi məhbusların olması ilə əlaqələndirsə də əsas səbəbin Qarabağın azad olması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri ermənistana bir vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir. Qəbul olunmuş qərar Azərbaycana qarşı onun müstəqilliyinə qarşı qisas cəhdidir. Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa şurasına üzv qəbul olunmuşdur. Artıq bu probılem həll olunub. Hazırda Avropada da heç bir nüfuzu olmayan Avropa şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur.

Azərbaycan BMT–nin 4 qətnaməsinin icrasını özü təmin etdi. Biz ədaləti Beynəlxalq Hüququn normalarını bərpa etdik. 2020-ci il Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi siyası yolla bərpa etdi. Bu hadisə BMT yaranandan bəri ilk dəfə baş verirdi. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqları üçün təşəbbüs irəli sürdük. Bu zaman Ermənistanla sülhün əsasını təşkil edəcək beş prinsipi tədim etdik. Azərbycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa edən ölkə olaraq yeni sülh prosesinin müəlllifi oldu. Belə addımlarımızın nəzərə alınmaması isə bir daha AŞPA nın riyakarlığından xəbər verir.

Əliyev Elçin,
Xəzər rayonu, 26№li Tam Orta Məktəbin müəllim  

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button