Avropa İttifaqında Azərbaycanın güclü strateji tərəfdaşı olması anlamına gəlir
İtaliya və Azərbaycan arasında olan əlaqələr təkcə neft-qaz sahəsi üzrə deyil, eyni zamanda elektrik enerjisinə də artıq ciddi şəkildə sirayət edir. İtaliya Azərbaycanın sözün həqiqi mənasında böyük iqtisadi tərəfdaşıdır: “Ələlxüsus da bu tərəfdaşlıq özünü enerji əlaqələrində, daha dəqiq desək, enerji sahəsində daha çox göstərir. Belə ki, Azərbaycan qazı artıq iki ildən artıq müddətdir ki, İtaliyaya birbaşa ixrac olunur”.
Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. “Əvvəla, bu təkcə Azərbaycanın zəngin enerji resursları ilə bağlı deyil. Düzdür, Azərbaycan İtaliyaya neft-qaz ixrac edir və qarşıdakı illərdə bu daha da artacaq. Ancaq məsələ ondadır ki, İtaliya Azərbaycanın etibarlı strateji tərəfdaş olmağına xüsusi önəm verir. Bunu şərtləndirən faktor odur ki, Azərbaycan istənilən layihədə üzərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirir. Ölkəmiz çox önəmli nəqliyyat və enerji qovşaqlarının kəsişdiyi məkanda yerləşir. Üstəlik, ölkəmizin digər sahələrinə sərmayə qoyuluşu İtaliya şirkətləri üçün cəlbedici görünür. Bütün bunlar iki ölkə əlaqələrinin daha da intensivləşəcəyindən, ticarət dövriyəsinin bir qədər də artacağından xəbər verir. İtaliya TANAP və TAP layihəsinə dəstək verən əsas Avropa İttifaqı ölkəsi olub. Azərbaycanla İtaliya arasında ticarət dövriyəsi 7 milyard dollara yaxındır. Həmçinin, İtaliya şirkətləri neft-qaz sektoruna böyük həcmdə sərmayələr qoyublar, işğaldan azad olunan rayonlarda bir sıra layihələr həyata keçirirlər. Mingəçevirdə tikiləcək yeni İstilik Elektrik Stansiyasının tikintisində İtaliya şirkətləri iştirak edəcək. İtaliya sıradan bir Avropa ölkəsi deyil. İtaliya çox böyük iqtisadi gücə malikdir və Böyük 8-lərdə təmsil olunan ölkələrdən biridir. Belə bir ölkə ilə genişlənən çoxşaxəli əlaqələr Avropa İttifaqında Azərbaycanın güclü strateji tərəfdaşı olması anlamına gəlir. Bütün bunlar onu deməyə əsas verir ki, İtaliya ilə Azərbaycan arasında olan münasibətlər getdikcə daha da genişlənir. Bu isə Azərbaycan iqtisadiyyatı üçün müstəsna əhəmiyyət kəsb edir”.
Arzu Alışqızı,
Nizami rayon 214 saylı məktəbin direktor müavini