
YAP Astara rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbirlər çərçivəsində Astara rayonunun Alaşa kənd ərazi partiya təşkilatında tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbirdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov geniş nitq söyləyərək Partiyanın VIII Qurultayında qarşıya qoyulan vəzifələr, Prezident İlham Əliyevin çıxışından irəli gələn əsas istiqamətlər, partiya fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması və ideoloji işin gücləndirilməsinin əhəmiyyəti barədə ətraflı danışıb. O, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı rolunu vurğulayaraq partiya üzvlərinin qarşısında duran vəzifələrdən bəhs edib.
Alaşa kənd ərazi partiya təşkilatının sədri Vaqif Ağayev və Alaşa kənd məktəbinin direktoru, ərazi partiya təşkilatı sədrinin müavini İlyas Nəhmətov çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüb, qarşıda duran vəzifələrin həyata keçirilməsində partiya fəallarının üzərinə düşən məsuliyyəti diqqətə çatdırıblar.








