AŞPA-nın nüfuzu əriyib getdi
Azərbaycan bu quruma daxil olarkən AŞPA-nın həyata keçirməli olduğu missiyalardan biri Qarabağ münaqişəsinin həlli, Ermənistanın Azərbaycana təcavüzünə qarşı əməli tədbir görmək idi. O təəssüflə qeyd etdi ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə qarşı Azərbaycanın apardığı mübarizəyə tək AŞPA deyil, digər Qərb təsisatlarının heç biri dəstək göstərmədi və münaqişənin həllində onların heç bir rolu olmadı. Bu baxımdan, əlbəttə, Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin təkcə AŞPA-ya yox, bütün Avropa qurumlarına çox ciddi və haqlı iradları var. Amma vaxtaşırı olaraq AŞPA-da və digər Avropa təsisatlarında Azərbaycana qarşı qərəzli addımlar atılır, qətnamələr qəbul olunur. Xüsusən də İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən və keçən ilin sentyabrında Qarabağdakı separatçı rejim darmadağın edildikdən, onların “liderlər”i həbs edilikdən sonra Avropa təsisatlarında Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edilib, bəyanatlar və çağırışlar səsləndirilib. Guya Qarabağdakı erməni qalıqlarını Azərbaycan zorla çıxarıb. Təbii ki, Azərbaycan belə məqamlardan narahat olmaya və narahatlığını ifadə etməyə bilməz. AŞPA-da açıq-aşkar saxtakarlıq edilir, bir çox faktlar təhrif olunmuş formada verilir, reallıqlara, həqiqətlərə qara eynəkdən baxılır. Əlbəttə, bu çürük sənəddə əksini tapan hər bir müddəaya sübutlarla, dəlillərlə cavab vermək, əsassız arqumentlərin hər birini rədd etmək mümkündür. Lakin buna ehtiyac yoxdur. Qarşıdakı əsl həqiqəti görmək istəsə idi, bunu etməyə zərurət olardı və qarşıdakı izahlardan sonra yanlış olan mövqeyində dəyişiklik edərdi. İndiki situasiya büsbütün başqadır. Tapşırıq belə gəlib, Azərbaycana cəza vermək lazımdır. Azərbaycanı qınayırlar ki, niyə Avropa Şurasını ölkədə keçirilən növbədənkənar seçkiləri müşahidə üçün dəvət etməyib. Azərbaycan müşahidəçi kimi hətta ən sərt mövqeyi ilə tanınan beynəlxalq qurumları da dəvət edib, lakin həqiqi üzvü olduğu. Avropa Şurası rəhbərliyi, buraya birbaşa təsir imkanları olan dairələr gərək əvvəl bu barədə düşünərdilər. Bunun səbəbini indiyə qədər Azərbaycana qarşı bu təşkilatda apardıqları qəbuledilməz siyasətdə axtarmalıdırlar”, . Bu gün artıq Azərbaycan müasir tarixinin ən ağır problemini həll edib, öz ərazilərini işğaldan qurtarıb. Bu düyünü özü açıb. Avropa Şurası isə 20 il ərzində bu istiqamətdə, hörmətlə xatırladığımız Terri Devisin hazırladığı məşhur qətnamədən artıq heç nə etmədi. Bu gün Azərbaycanın qarşısında böyük üfüqlər vardır və onun səsini heç bir qüvvə ala bilməz.
Rüstəmov Bəhruz,
YAP -ın fəalı