AŞPA-nın Azərbaycana qarşı olan qərəzli mövqeyi ölkəmiz üçün böyük önəm kəsb etmir
Azərbaycan müstəqillik qazandığı gündən bəri bir çox haqsızlıqlara məruz qalmışdır. O haqsızlıqlar ki, ölkəmizə bütün sahələrdə maneələr törədir, bəzi məsələlərin həll edilməsi prosesini ləngidirdi. Müstəqil Azərbaycan Respublikası özünün müstəqilliyini duyurmaq və ölkənin istər daxili, istərsə də xarici olaraq inkişafını təmin etmək məqsədilə bir sıra beynəlxalq və məhəlli təşkilatlara üzv olmuşdur. Əlbəttə ki, bu təşkilatlardan bəziləri ölkəmizin iqtisadi inkişafında mühüm rol oynasa da, bəziləri öz funksiyasını layiqincə yerinə yetirə bilməmişdir. 90-cı illərdə Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti, Ermənistanın ölkəmizə və millətimizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və nəticədə yaranan Ermənistan – Azərbaycan münaqişəsi uzun illər öz həllini gözlədi. Bu münaqişənin sülh yolu ilə həll olunmasını təmin etmək məqsədilə Azərbaycan Avropa Şurası kimi böyük bir beynəlxalq təşkilata üzv olmuşdur. Lakin 2001-ci ildə böyük ümidlərlə üzv olunan təşkilat Ermənistan – Azərbaycan münaqişəsində heç bir problemi həll etməmiş, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasətə qarşı heç bir tədbir görməmişdir. Qəbul edilən bir neçə bəyanat və qərarların isə heç bir hüquqi çəkisi olmamışdır. Avropa Şurası Parlament Assambleyasının ölkəmizə qarşı qərəzli qərarlar qəbul edir. Belə ki, bu qurum azərbaycanlılara qarşı həyata keçirilən bütün amansız, işğalçı rejimi görməzdən gəlir və yalnız ermənilərin hüquqları ilə maraqlanır.
İllərlə davam edən haqsızlıqlara Azərbaycan öz gücü ilə, öz xalqı, öz Prezidenti İlham Əliyev və öz şücaətli ordusu ilə cavab vermişdir. Bu gün Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında səsinin dondurulması ölkəmiz üçün böyük önəm kəsb etmir. Azərbaycan ən başından bəri bütün məsələlərin sülh yolu ilə həll olunmasını, ölkədə və regionda sabitliyin təmin edilməsi üçün əlindən gələni etmişdir. Lakin ölkəmizə qarşı aparılan qərəzli mövqe bizim haqq, ədalət mübarizəmizə mane ola bilməz və bilmədi. Azərbaycan öz haqlı mübarizəsindən qalib olaraq çıxdı və bunu bütün dünyaya duyurdu. Bu gün bütün dünya Azərbaycan Respublikasının gücünü və qüdrətini gördü və ilərləyən illərdə daha da aydın şəkildə görəcəkdir.
Zərxanım Abbasova,
YAP-ın fəalı