Analitika

AŞPA-nın Azərbaycan “problemi”: ədalətsizliyin anatomiyası

Avropa Şurası Parlament Assambleyası (AŞPA) bütövlükdə Avropa İttifaqı və ATƏT kimi “siyasi aşbaz­lıq”la məşğuldur. Yəni onlar məsələləri hüquq və ədalət prinsipləri ilə həll etmək əvəzinə, əsas olmadan “ocağı körükləyir və problemi dərinləşdirirlər”. Bununla da “ya­lanlar bişirilir” və həqiqət formasında “siyasət süfrəsi”nə gətirilir.

AŞPA-nın Avropadan olan bir sıra deputatları açıq­ca kənar sifarişləri yerinə yetirirlər və ikili standarta görə davranırlar. Elə situasiyalar olur ki, AŞPA çox sadə şəkildə yalan və qərəz nümayiş etdirir. Bunun Azərbay­cana münasibətlə bağlı kifayət qədər nümunələri var.

Bundan başqa, diqqəti çəkən məqamlardan biri, Aİ-də liderlik uğrunda rəqib olan Fransa və Almaniyanın AŞPA-da ədalətsiz davranış müstəvisində birləşmələ­ridir. Əslində, pərdəarxası mənzərəyə nəzər salanda burada qeyri-adi və gözlənilməz heç nə yoxdur. Öncə, AŞPA-nın Azərbaycanla bağlı son müzakirəsinə medi­adakı ənənəvi yanaşmalardan bir qədər fərqli bucaq altında baxaq. AŞPA Xocalıda qətlə yetirilənlərin məsələsini ciddi və konkret nəticəli olaraq hansı iclasında müzakirə etmişdir? Və yaxud Qarabağdan qovulmuş yüz min­lərlə azərbaycanlının hüquqlarının po­zulmasının aradan qaldırılması ilə bağlı bir konkret proqramı mövcud olmuşdur­mu? Bunları da xatırlamırıq! Azərbaycan isə həmin məqamları görmək üçün düz 30 il gözlədi! Səbr etdi! Və nəhayət, özü məsələni həll etdi. Biz burada yazını bitirə bilərdik, lakin Frank (yenə də bu “frənglər”?) Şvabe öz çıxışında bilmədən elə məqamlara işarə vermişdir ki, onları aydınlaşdırmadan AŞ­PA-nın Azərbaycanla bağlı son qərarının əsl məğzini hörmətli oxucu anlamaqda çətinlik çəkər. Məsələ isə bir qədər dərin­liklərə gedir və dövlətləri əhatə edir. Aydın olur ki, burada hüquqdan, ədalətdən və demokratik davranışdan əsər-əlamət yox­dur. F.Şvabenin sözləri çoxlu kontekstə və sifarişə bağlıdır.

Sübhan Ərəbi,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button