Analitika

Ankara sammiti Türk dünyasının gücünün sübutudur

16 mart tarixində Ankarada baş tutan görüş zamanı cənab prezident İlham Əliyevin çıxışı çoxşaxəli və kifayət qədər aydın olmaqla, həm də özündə bir sıra nüansları ehtiva edirdi. Belə ki, çıxışın əvvəlində cənab prezident Türkiyədə baş verən zəlzələ haqqında öz fikirlərini bildirib: “Qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları bizi olduqca kədərləndirib. Bu dağıdıcı zəlzələ on minlərlə insanın həyatına son qoyub. Əziz qardaşım, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına Azərbaycan xalqı adından bir daha dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.”

Cənab prezident ilk olaraq 1-ci Qarabağ münaqişəsinin acı nəticələri, daha sonra isə 2-ci Qarabağ müharibəsində qazanılan zəfərdən söhbət açıb: “2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq.”

Ankara Sammitində türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarların qəbul olunacağını vurğulayan Rəcəb Tayyib Ərdoğan bu baxımdan Türk İnvestisiya Fondunun yaradılmasına dair qərarı xüsusi qeyd etdi. Dövlət başçısı bu Fondun üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyini bildirdi.

Mais Günəşli,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button