AnalitikaGündəmSiyasət

Anım Günü: Zəfərin qiymətini xatırladan tarix

Azərbaycan xalqı üçün 27 Sentyabr həm tarix, həm də mənəviyyat baxımından xüsusi gündür. Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk gününü xatırladır. Eyni zamanda həmin müharibədə həyatını itirən hərbçilərimizin və mülki şəxslərin xatirəsinin yad edildiyi gündür.

Prezident İlham Əliyevin Anım Gününün təsis edilməsi haqqında Sərəncamında şəhidlərin, əsgər və zabitlərin, qazilərin fədakarlığı xüsusi vurğulanır. Sənəddə qeyd olunur ki, torpaqlar işğaldan onların qanı və canı bahasına azad edilib.

Anım Gününün məzmunu Azərbaycan xalqının yaddaşında xüsusi mənəvi çalar yaradır. Zəfərdən danışarkən ilk növbədə şəhidlərin xatırlanması bu Qələbənin təsadüfi olmadığını, onun arxasında böyük insan fədakarlığının dayandığını göstərir.

Bu gün Azərbaycan cəmiyyətinin qarşısında mühüm vəzifələrdən biri həmin yaddaşı qorumaqdır. Şəhidlərin həyat yolu, döyüş fəaliyyəti və ailələrinin yaşadığı tarix gələcək nəsillərə çatdırılmalıdır. Çünki tarix yalnız yazıldıqda deyil, xatırlandıqda da yaşayır.

Aygül İsrafilova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button