Dünya

Almaniyalı nazirlər zəlzələ bölgəsinə gedəcək

Almaniyanın xarici işlər naziri Annalena Baerbok və daxili işlər naziri Nensi Faiserin zəlzələ ilə əlaqədar Kahramanmaraşa səfər edəcəyi bildirilib.

Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyinin sözçünün müavini Kristian Vaqner açıqlama verib.

Vaqner səfərin qısa müddətdə planlaşdırıldığı və proqram hazırlıqlarının davam etdiyi üçün ətraflı açıqlama verə bilməyəcəyini deyib.

Əldə edilən məlumatlara görə, iki nazir Pazarcıkdakı çadır şəhərciyi ziyarət edəcək və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button