DünyaGündəm

Almaniya ordusu hücum dronlarından ibarət altı bölmənin yaradılmasını planlaşdırır

Almaniya Silahlı Qüvvələri (Bundesver) qarşıdakı illərdə hücum dronlarından ibarət altı bölmənin yaradılmasını planlaşdırır.

“Aktualinfo”.az “Tagesschau” xəbər xidmətinə istinadən xəbər verir ki, bu barədə Bundesverin Quru Qoşunlarının inspektoru general-leytenant Kristian Froydinq məlumat verib. O, ortamənzilli ilk batareyanın 2027-ci ilədək hazır vəziyyətə gətirilməsinin, 2029-cu ilə qədər isə daha beş batareyanın yaradılmasının planlaşdırıldığını qeyd edib.

Hazırda Bundesver döyüş meydanı üzərində dövrə vurub daha sonra hədəfə yönələn hücum dronlarını sınaqdan keçirir. Həmçinin 2029-cu ilədək genişmənzilli silah sistemləri ilə təchiz olunmuş ayrıca bir bölmənin də yaradılması planlaşdırılır.

General K.Froydinq bildirib ki, gələcəkdə döyüş meydanı bir-biri ilə əlaqəli və məlumatyönümlü, asimmetrik, tam şəffaf və süni intellekt tətbiqləri tərəfindən formalaşdırılan məkan olacaq. Məlumat isə əsas resursa – praktiki olaraq döyüş sursatına çevriləcək. O, gələcək müharibələrdə müdafiə sistemlərinin əsl rəqabətinin yaşanacağını bildirib.

Oxşar Xəbərlər

Back to top button