Almaniya iş adamlarının Azərbaycana marağı artır
Almaniya ilə tarixi köklərimiz hələ bir neçə əsr öncəyə gedib çıxır. Belə ki, hələ Çar Rusiyasının mövcudluğu dövründə almanların Azərbaycana gəlişi gerçəkləşmişdi. Vürtemberq knyazlığı və Badendən çoxsaylı alman ailələri Azərbaycanın İndiki Göygöl ərazisi və Şəmkir rayonuna köçürülmüş, onların potensialından istifadə edilmişdir. Yerli əhali ilə qaynayıb qarışan almanlardan yerlilər altı zirzəmili, üstü çardaqlı kirəmitli evlər, dördtəkərli, furqon tipli at arabalarının düzəldilməsini öyrəniblər. İki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin yaranması isə 19-cu əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə Almaniyanın “Simens qardaşları” şirkəti tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə müəssisələri tikilmişdir. 20-ci əsrin əvvəlində bu zavodlarda istehsal edilən misin Cənubi Qafqazda istehsal edilən misin 3/2-ni təşkil etdiyini görə bilərik. Bundan əlavə “Simens qardaşları” şirkəti Daşkəsəndə kobalt yataqları bazasında kobalt zavodu inşa edib. Bu zavodların tikintisi nəticəsində xeyli insan işlə təmin edilib, əhalinin maddi rifahı xeyli yüksəlib.
Müstəqilliyimizin əldə edildiyi elə ilk vaxtlardan yəni 1992-ci ildə Almaniya Azərbaycanın müstəqilliyini tanıyıb, bununla müstəqil Azərbaycanla Almaniya arasında münasibətlər yeni müstəviyə qədəm qoymuşdur.
Ümummilli lider Heydər Əliyevin respublikaya həm birinci həm də ikinci prezidentliyi dövründə Almaniya münasibətlərə xüsusi önəm verilmişdir. Belə ki Ümumilli lider Heydər Əliyev 1996-ci ildə Almaniyaya işguzar səfər edib. Bu görüşlər zamanı ölkələrarası münasibətlərin hərtərəfli inkişaf dinamikası müzakirə edilib. Elmi, siyasi, texniki, iqtisadi əməkdaşlıq çərçivəsində beş müqavilə imzalanmışdır. 2001-ci ildə Almaniya Xarici İşlər Naziri Yoşka Fişer, Bundestaqın sədr müavini Antye Follmer ilə Azərbaycana rəsmi səfərləri zamanı ən yüksək səviyyədə Azərbaycana dəstək olacaqlarını bildiriblər.
Bu dəstək qarşılıqlı iqtisadi,siyasi, texniki və mədəni əlaqələr İlham Əliyevin hakimiyyəti dövründədə davam etdirilmişdir. Belə ki, İlham Əliyevin hakimiyyətə gəlməsindən qısa müddət sonra yəni 2004-cü ildə Almaniya prezidentinin dəvəti ilə Almaniyaya işgüzar səfəri gerçəkləşmişdir. Almaniya prezidenti Horst Köller və federal konsler Gerhard Şröderlə keçirilən görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibıtlərin inkişafı, qarşılıqlı siyasi əlaqələrin vəziyyəti, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 2007 və 2010 cu illərdəki rəsmi səfərlər zamanı münasibətlərin inkişaf dinamikası daha da artmışdır. Xüsusilə prezident İlham Əliyevin 2010-cu il Almaniyaya rəsmi səfəri bu baxımından zəngindir. Belə ki səfər çərçivəsində İlham Əliyev Almaniya kansleri Angela Merkel ilə görüşüb. Almaniyanın Azərbaycana hər sahədə dəstək olmağa hazır olduğunu vurğulayan kansler xanım bildirib ki, net qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır. İlham Əliyev isə müasirləşmə dövrünü yaşayan Azərbaycanda alman məhsullarına tələbatın artdığını nəzərə çatdırmaqla bərabər, Azərbaycanın Avropa enerji təhlükəsizlik məsələlərinin həllinə öz töhfəsini verməyə hazır olduğunu bildirib.Almaniya ilə uğurlu əməkdaşlıq bu gündə davam etdirilir.
İlham Əliyevin cari ilin 13 mart tarixindəki Almaniyaya işgüzar səfəri və Berlində Almaniyanın aparıcı şirkət rəhbərləri görüşü baş tutub. Görüşdə toxunulan məsələlərin aktuallığı onun səmərəliyinə əyani sübutdur. Belə ki görüşü açıq elan edən Almaniyanın Şərqi Biznes Assossasiyasının baş icraçı direktoru Mixail Harms cəmi bir neçə ay öncə Münhen konfransında belə bir işgüzar görüşün keçirilməsi ideyasınln yarandığı və qısa vaxt ərzində həyata keçməsinin məmnunluğunu geyd edib.Görüşdə Almaniyanın otuzdan çox aparıcı şirkət rəhbərləri iştirak ediblər. Bu şirkətlər istiqamət parametrlərinə görə də bir-birlərindən fərglənirdilər. Belə ki artıq dünyaya məlumdur ki Azərbaycan iqtisadiyyatını yalnlz enerji və ya neft qaz sektoru üzərində davamlı qurmaq fikrində deyil. Yəni artıq Azərbaycan alternativ enerji mənbələr və s üzərində qurmağa hədəfləyir, bununla iqtisadi inkişaf dinamikamızı daha da davamlı etməyi istəyir. Görüşdə enerji,logistika, infrastruktur, sənaye, kənd təsərrüfatı və s sahələrdən olan şirkətlər iştirak etmişdir.Cənab prezidentin də görüşdə qeyd etdiyi kimi ölkəmiz son 20 ildə ən yüksək inkişaf dinamikasına malik ölkədir. Hal hazırdakı hədəflərimiz yeni və növbəti 30 il üçün maliyyə resursları axtarıb tapmaq və ən əsası ondan ölkə miqyasında səmərli istifadə etməkdir. Artıq rahatlıqla Azərbaycanın Avropa üçün ən etibarlı enerji tərəfdaşına çevrilib desək yanılmarıq.Xüsusilə son bir neçə il ərzində Avropada baş vermiş hadisələrdən sonra. Belə ki Rusiya-Ukrayna müharibəsi Azərbaycanın həm enerji həm də infrastrukturuna tələbatı artırmışdır. Və bunu doğru istiqamətlə yönəltmək Azərbaycanın əlindədir və ölkəmiz də bunun öhdəsindən lazımınca gəlir.
Əminəm ki Azərbaycan yeni tərəfdaşlıqlara doğru daim irəlləyəcəkdir!
Məmmədova Aysel,
Xəzər rayonu, 136 saylı məktəbin müəllimi