Ağdam şəhəri yenidən qurulur!
Ölkəmizin bütün yerlərində olduğu kimi Ağdam rayonunda da tikinti-quruculuq, abadlıq işləri öz dinamik sürətilə davam etdirilir. Rayona gələn hər bir qonağın və rayon sakinlərinin rahatçılığını nəzərə alan rayon İcra Hakimiyyəti məhz bu məqsədlə rayona giriş hesab olunan İmamqulubəyli kəndi ərazisində Heydər Əliyev prospektində yolun kənarında Bulaq Kompleksini tikib əhalinin və rayona gələn hər bir qonağın isdifadəisnə verib. Bu görülən iş hər bir rayon sakinin ürəyincə olub. Məhz bu tikilib isdifadəyə verilən bu bulağın suyundan rayona daxil olan hər bir kəs böyük isdəklə isdifadə edir. Bundan savayı bulağın yerləşdiyi Heydər Əliyev Prospektinin işıqlandırılması üçün bütün prospekt boyu yeni işıqlandırma dirəkləri quraşdırılıb və gecələr sanki günüzdu kimi görünür. Bütün bu görülən işlər üçün rayon sakinləri ölkə prezidentinə və rayon İcra Hakimiyyətinin başçısına öz təşəkkürlərini bildirilər. Hazırda Ağdam inkişaf yoluna qədəm qoymuş və əhali sabaha ümidlə baxır. Dövlət proqramları Ağdamda uğurla icra olunur. Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər səfəri bir sıra infrastruktur layihə üzrə təməlqoyma, eləcə də tikilib başa çatdırılmış obyektlərin açılışı ilə müşayiət olunur. Bəllidir ki, müharibədən sonra irimiqyaslı quruculuq işləri ilk olaraq Ağdamdan başladı.
2021-ci il 28 may tarixində Ağdamın Baş Planı Azərbaycan ictimaiyyətinə təqdim olundu. Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binası, Ağdam Sənaye Parkının, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi və Ağdam şəhərinin bərpasının təməl daşı atıldı.
2022-ci ilin 13 fevral tarixində Prezident İlham Ağdamda oldu. Bu, Ağdamda görülən və görüləcək işləri ictimaiyyətə detallı təqdim edən bir səfər idi. Dövlət başçımız tərəfindən Ağdamda qoyulan bütün möhkəm bünövrələr, özüllər isə bu qədim Qarabağ şəhərinin tarixi əzəmətinin tezliklə özünə qaytarılacağının, 30 il idi ki, “ruhlar şəhəri”, “Qafqazın Xerosiması” kimi anılan yaralı yurdumuzun dirçəldilərək cənnətməkana çevriləcəyinin parlaq işarədir. Plana əsasən 2026-cı ilə qədər Ağdama 10 minə qədər əhali köçəcək. Sonrakı illərdə şəhərin əhalisi 100 minə çatdırılacaq.
Ağdamı qaranlıqdan çıxaracaq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyaları işə salındı. “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verildi. Heydər Əliyev Fondu tərəfindən aparılan Ağdam Cümə məscidinin bərpa-restavrasiya işlərini də xüsusi qeyd etmək lazımdır. Ağdamın tarixi abidələrinin qorunması, bərpası da diqqət mərkəzində saxlanılır.
Bir sözlə, yeni Ağdam sevinclə doğma övladlarına qucaq açmağa hazırlaşır. Vətən torpaqlarımızın qətiyyətlə azad olunması, sonra isə dirçəldilməsi üçün görülən bütün müstəsna işlər isə vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən qayıdış strategiyasının Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük müvəffəqiyyət və əzmlə həyata keçirilməsinin möhtəşəm nəticəsidir.
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi