Ağdam azadlığın mübarək!

Ağdam rayonu 1930-cu ildə yaranıb. Sahəsi 1094 kvadrat km. olan rayonun relyefi əsasən düzənlik, bir qismi də dağlıq ərazidir.Ağdam rayonu Azərbaycanın qədim, füsünkar təbiəti, torpağı olan Qarabağın mərkəzində, Kür-Araz ovalığının qərbində yerləşir. Ağdam sözü qədim türk dilində kiçik qala deməkdir. Uzaq keçmişdə bu ərazidə yasamiş türk dilli qəbilələr özlərini müdafiə etmək üçün kicik qalalar tikirdilər. 18-ci əsrin I yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirməyi əmr edib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ orientirə çevrilib. Bu mənada Ağdam günəş şüaları ilə işıqlı ağ ev deməkdir. Rayonun ərazidində XX əsrin 50-ci illərindən başlayaraq aparılan tədqiqat işləri zamanı məlum olub ki, bura qədim insanların yaşayış məskənlərindən biridir. Müəyyən olunub ki, ilk qədim insanlar rayon ərazidində 6-8 min il bundan əvvəl yəni eneolit dövründə yaşamiş,qədim əkincilik və maldarlıq mədəiyyətinə bələd olmuşlar. Buradan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş,və yüksək əkincilik mədəiyyətinə malik olmuşdir. Üzərriktəpə deyilən yerdə aparılan tədqiqatlat nəticəsində tapılan maddi mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhət tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin yer olmuşdiur.
Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində bu ərazinin 73% işğalı ilə bitdi.İşal nəticəsində 128 min insan məcburi köçgün həyatına məhkum olunmuşdur. Nəticəsə 38 kolxoz, 12 sənaye obyekti, 74 məktəbi 271 mədəniyyət evi dünyada yeganə olan çörək muzeyi, 99 klub düşmən əlinə keçib. Döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş,minlərlə insan isə yaralanmışdır.Ağdamlılar Azərbaycanın 59 rayonunda məskunlaşmışlar.
Ağdamin işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Mİnsk qrupunun adindan bu hücum qətiyyətlə pislənmiş,işğal olunmuş ərazilərdən qoşunların çıxarlması tələb olunmuşdur. 1993-cü il 29 iyul tarixində BMT nin TŞ 853 saylı qıtnamə qəbul edib. Burada da iğalçı qüvvələrin Ağdam və digər Azərbaycan ərazilərindın dərha və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Lakin Ermənistan tərəfi Beynəlxalq qanulara tabe olmaqdan yayındı.
İşğalşı ermənistan Cenevrə kovensiyaları ilə üzərinə düşən öhtəlikləri kobud pozaraq Ağdam rayonunda adların dəyişdirilməsi ,oradaki mülkiyyətin talan edilməsi ,ərazilərin yandırılması kimi qeyri qanuni əməllər törədib. Ümumiyyətlə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların Azərbaycanı sakinlrinə qarşı etnik təmizləmə törədilməsi Erməınistanın əas niyyətini üzə cixardir. Azərbaycan müharibəni həm döyüş meydanında həm də siysi müstəvidə qazanıb. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış 3 tərəfli bəyanata əsasən noyabrın 20-də Ağdam rayonunun işal olunmuş ərazisi Azərbaycana təhvil verilib. 2020-ci il noyabron 26-da “Ağdamin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu Ağdamn azad olunmasına görə medalı ilə təltif olunmuşdir. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıbıar.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sırıncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziıəri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub. 2021-ci il 28 may tarixində Azərbaycan İctimaiyyətinə təqdim olunmuş baş plan əsasında Ağdam tamamilə bərpa olacaqdır. İşğaldan sonra Ağdamda həyata keçirilən bir sira layihələr aşağıdakılardır.
23.11.2020-ci il Ağdam şəhərində Dövlət Bayrağı ucaldıldı.
28.05.2021-ci il Bərdə-Ağdam avtomobil yolunun təməlqouma mərasimi.
Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanışlıq .
13.02.2022-ci il. Ağdamda iki müəsisənin təməlqoyma mərasimi
Park Forest Otel Ağdam mehmanxanasının təməlqoyma mərasimi.
Ağdam Cümə məscidində gedən restavrasiya işləri ilə tanışlıq.
210 carpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi.
4.10.2020-ci il. Atçılıq mərkəzinin yaradılması,Xıdırı kəndinin təməlqoyma mərasimi. “Siti Otel Ağdam” mehmanxanasinin təməlqoyma mərasimi. Pənahəli xanın sarayı ilə tanışlıq. Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi. Dəmiryolu və avtovağzal kompleksinin təməlqoyma nırasimi
15.10.2023-cü il Ağdam–Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanışıq.
Bu sadaladığımız tədbirlər görülən işlərin cüzi hissəsidir.Ağdamin gələcəyi var. Qarabağın gələcəyi var. Tezliklə işğaldan azad olan ərazilər Ali Baş Komandan Prezidentimiz İlham Əliyevin rəhbırliyi, xalqın ruh yüksəkliyi ilə daha da cicəklənəcək ,quruculuq abadlıq işləri geniş vüsət alacaq.
Əliyev Elçin,
Xəzər rayonu. 26nömrəli məktəbin müəllimi