Dünya
ABŞ Ukraynaya böyük məbləğdə yardım paketi ayırdı
ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karine Jean-Pierre açıqlama verib.
Jean-Pierre, Ukraynaya ABŞ-ın öz inventarından 2,85 milyard dollarlıq hərbi yardım paketi dəstəyi veriləcəyini bildirərək paketin NATO-nun şərq cinahındakı müttəfiqlərə veriləcək 682 milyon dollarlıq yardımı və Ukrayna ordusunun uzunmüddətli potensialını və modernləşdirilməsini təmin etmək üçün xarici hərbi maliyyələşdirməyə ayrılacaq 225 milyon dollarlıq xarici hərbi maliyyəni də əhatə edəcəyini bildirib.
Rusiya-Ukrayna müharibəsinin “kritik mərhələdə” olduğunu bildirən Jan-Pier, ABŞ-ın bu kontekstdə Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.