ABŞ – Qafqazda sülhə əngəl olan əsas qüvvələrdən biridir
“Qafqazda sülhün bərqərar olmamasının bir çox səbəbləri var. Bunlardan ən əsası xarici faktorlardır. Yəni münaqişənin bütün tarixinə baxsaq, burada böyük güclərin özlərinin “missiyalırana” uyğun olmayan tərzdə ikili standartlarla oynamalarıdır.”
Bunu “Aktualinfo.az”a açıqlamasında siyasi ekspert Əli Babazadə bildirib. Onun sözlərinə görə, bu baxımdan “demokratiya carçısı” olan ABŞ-nin adı ön sıralardadır.
Bunun bir səbəbi ABŞ-nin qoca qitədəki ambissiaları ilə bağlıdırsa, digər səbəbi isə Birləşmiş Ştatların erməni lobbisinin ən fəal olduğu ölkələrdən birincisi olmasıdır.
“Bunu bir çox faklarla əsaslandırmaq olar. Məsələn, Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ-nin fəaliyyəti ilə, Qarabağdakı qondarma rejimə müxtəlif adlar altında milyonlarla dollar dəyərində yardımlar etməsi ilə, separatçıların “Qarabağa yardım” adı altında məhz ABŞ-də yardım toplaması, onların ölkənin rəsmiləri ilə görüşlər keçirməsi və s”. deyə o, əlavə edib.
Hətta xatırlayırsızsa, ötən ilin təxminən bu günlərində konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelossi Ermənistana səfər edərək qondarma erməni soyqırımı abidəsinin önündə timsah göz yaşları axıtması ilə gündəm olmuşdu. Nensi Pelossinin də dünyanın müxtəlif ölkələrində münaqişə ocaqları ilə bağlı “fəaliyyəti” hər kəsə məlumdur.
Bütün bunlar göstərir ki, ABŞ regionda münaqişənin sülhlə bitməsini istəmir. Təsadüfi deyil ki, hər dəfə sülh üçün əsas gedişlərin tamamlandığı ərəfələrdə okeanın o tayından qəfil müdaxilə başlayır. Buna isə sözdə ərazi bütövlüyümüzü dəstəkləyən ABŞ-nin Ermənistana və Qarabağdakı separatçı rejimə açıq dəstəyindən başqa heç bir ad vermək olmaz.



