
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, müharibələrə son qoymaq və Ukraynadakı münaqişənin həllinə nail olmaq istəyir.
Aktualinfo.az “Report”-a istinadən xəbər verir ki, o, bunu amerikalı jurnalist Mark Levinə müsahibəsində deyib.
“Bunu etməyi xoşlayıram. Mən müharibələri dayandırmağı xoşlayıram”, – Ağ Evin rəhbəri bildirib.
Ukraynadakı münaqişədən danışan Tramp vurğulayıb: “Aramızda bir okean var. Biz bu işə bu qədər qarışmalı deyildik. Müharibəni dayandıra bilsək, bu, əla olardı”.